
Alimlər müəyyənləşdiriblər ki, soğan insan orqanizmini cavanlaşdırmaq və infeksiyaya qarşı profilaktik tədbirlərlə yanaşı, həm də beyin hüceyrələrinin daha yaxşı işləməsinə imkan yaradır. Bu nəticəni yaponiyalı alimlər apardıqları araşdırmalardan sonra açıqlayıblar. Onların sözlərinə görə, soğanda xüsusi maddələr var ki, fəal şəkildə qana qarışır və orqanizmi sağlamlaşdırır, o cümlədən beyin hüceyrələrinin aktivliyini artırır. Bu maddələr beyini gücləndirməklə yanaşı, həm də insanların əhvali-ruhiyyəsini də artırır. Qeyd edək ki, soğanın xeyirli qida maddəsi olması çoxdan məlumdur. O, insanların infeksiyalara və qripə qarşı immunitetini də artırır. Fransalı alimlər isə bildirirlər ki, soğan döş vəzilərinin xərçənginə qarşı mübarizədə də ən yaxşı vasitə sayılmalıdır.
