
Müxtəlif şirələr və yoğurtların böyük həcmdə qəbul edilməsi dişlərin üst emalını zədələyə və qarşısıalınmaz eroziyaya səbəb ola bilər. Uzun illər ərzində aparılan təcrübələrdən sonra stomatoloqlar bildiriblər ki, bu qidalar gün ərzində maksimum 5 dəqiqə qəbul edilməlidir. Bundan əlavə, müxtəlif şirələr və yoğurtların qəbulundan dərhil sonra dişlərin təmizlənməsi də məsləhət görülmür. Belə ki, diş fırçalaranın mexaniki fəaliyyəti dişlərin emal hissəsini daha çox zədələyə bilər. Buna baxmayaraq həkimlər insan sağlamlığı üçün çox xeyirli olan yoğurtlar və şirələrin menyulardan birdəfəlik çıxarılmasını da məsləhət görmürlər. Həkimlər yaranmış vəziyyətdən ən yaxşı çıxış yolu kimi həmin qidaların qəbulundan sonra ağız boşluğunun təmizlənməsini məsləhət görürlər.
