Şəkər də zərərli vərdişlər qədər təhlükəlidir   |   Şirə və yoğurtlar dişlərə ziyandır   |   Müasir xanımlar çox yaşayır   |   Qadınlar, qəhvə için!   |   2 yaşında 41 kilo oldu   |   Sonsuzluq – miflər və faktlar   |   Mədəni həyat kişilərdə depressiya yaradır    |   Xanımlar evliliyin ilk illərində daha çox kökəlirlər   |   Yasəmən ətri əsəbləri sakitləşdirir   |   Qadınlar daha ağıllıdır   |   Passiv siqaret çəkmək əsəbləri pozur   |   İnsulini sprey əvəz edəcək   |   Sağlamlığa zərərli qidaların siyahısı hazırlandı   |   Şüuraltı fikirləri təmizləmək mümkündür   |   Sağlamlıq turizmində 7,5 milyard dollarlıq hədəf - KONFRANS   |   Pula qarşı allergiyası olan insan   |   Çox oturmağın zərərləri   |   Qısqanclıq qadınların görmə qabiliyyətini zəiflədir   |   Cavan həyat yoldaşı ömrü uzadır   |   Qadın beyni yuxuda daha tez bərpa olunur   |   Homoseksualizm və lesbiyankalıq nədən yaranır?   |   Yuxusuzluq kökəldir   |   Xərçəng yox olmaq üzrədir…   |   Alçaqboylu insanlar ürək xəstəliyinə tez tutulur   |   Uşaqları öpməyin!   |   Bakteriyalar qadınları daha çox “sevir”   |   Kişilərin qadınlarda görmək istədiyi rənglər hansılardır?   |   Xoruldayan insanlarda avtomobil qəzaları riski daha çox olur   |   Musiqi unsultdan sonra yaddaşı bərpa edir   |   Soğan yemək beyini gücləndirir   |   İtlər xanımlarda allergiya risqini azaldır   |   Kişilər yoxa çıxacaq   |   Panik ataklı xəstələr 10 dəqiqə “ölümü” yaşayırlar   |   Kişilər ağıllı qadınları sevmirlər   |   İdman depressiyanın dərmanıdır   |   Köklük insult riskini artırır   |   Orqan ticarətində Azərbaycanın da adı hallandı   |   Xörəyi musiqi sədaları altında hazırla   |   Çiyələk gümrahlığı artırır   |   Kök kişilər daha sədaqətlidir   |   Pul saymaq ağrını azaldır   |   Sarımsaq nikotini zərərsizləşdirir   |   Körpələr yatanda da öyrənir   |   Qadınların sevimli yaş dövrü   |   Avropa Şurası Ümumdünya Səhiyyə Təşkilatını yıxıb-sürüdü   |   Gözəl qadınlar kişilər üçün zərərlidir   |   Linza seçərkən diqqətli olun   |   Körpələrin ağlaması onlara xeyirdir   |   Karyera və uşaq doğurmaqda qadınlara məsləhət   |   Dünyanı dəhşətli viruslar bürüyür   |   
“Covid əleyhinə peyvənd olunan xəstələrdə əməliyyat sonrası ölüm halları azalıb” – cərrah Elgün Səmədov
Bütün dünyanı bürüyən Covid-19 pandemiyası dövründə təxirə salınan planlı cərrahi əməliyyatlara qoyulan qadağalar aradan götürülə bilər.

Bunu “Leyla Medical Center”in həkimi cərrar Elgün Səmədov deyib. Bildirib ki, bu ilin 25 mart tarixində "British Journal of Surgery" jurnalında dərc edilən elmi məqalədə qeyd olunub ki, dünyada Covid-19 əleyhinə peyvənd olunaraq əməliyyat olunan xəstələrdə əməliyyatdan sonrakı Covid-ə bağlı ölüm hallarının sayında azalma olub: “Daha öncə dərc edilən məqalələrdə göstərilirdi ki, 70 yaşdan yuxarı xəstələrin əməliyyatdan sonrakı ağırlaşma ehtimalı 3% idisə, pandemiya dövründə Covid-ə yoluxmuş xəstələrin əməliyyatdan sonrakı ölüm ehtimalı 18,6 % olmuşdu. "British Journal of Surgery" jurnalında dərc olunan sonuncu məqalədə isə, Azərbaycanın da qatıldığı 116 ölkənin mütəxəssislərinin iştirak etdiyi araşdırmanın nəticələri qeyd olunub. Bu nəticələrdən aydın olub ki, 70 yaşdan yuxarı və xərcəng xəstəliyi səbəbilə əməliyyat düşünən xəstələrdə əməliyyat öncəsi peyvəndləmə olunarsa əməliyyatdan sonra Covid-ə bağlı ölüm ehtimalının əhəmiyyətli dərəcədə azalıb”.

Tədqiqat qrupunda yer alan cərrah Elgün Səmədov qeyd edib ki, dünyada Covid-19 pandemiyası dövründə planlı cərrahi əməliyyatlar təxirə salınmışdı: “İndi isə deyilir ki, peyvəndləmə olduğu halda xəstənin yaşı 70-dan yuxarı olarsa 1 il ərzində statistik olaraq 60 min insanın Covid-ə bağlı ölümün qarşısı alına bilər. Bu tədqiqatın böyük nəticəsidir və dünya üzrə kifayət qədər böyük rəqəmdir. Pandemiya başlayanda bəzi məlumatlar yayılmışdı ki, ümumi anastesiya ilə cərrahi əməliyyatdan sonra Covid tutan xəstələrdə ölüm faizi 20% ola bilər. Bu xəstəlik tam araşdırılmadığı üçün dəqiq məlumat yox idi. Biz də öz xəstəxanamızda planlı əməliyyatları saxlamışdıq. Xəstələrdə də təşviş vardı. Amma bu gün əminliklə deyə bilərik ki, peyvənd olunan xəstələrdə əməliyyatlar riskli hesab olunmur. Mənim tərəfimdən də tövsiyyə olunur ki, cərrahi əməliyyatdan öncə peyvənd olunsunlar”.

Həkim-cərrar onu da vurğulayıb ki, araşdırmanı həyata keçirən Birmingham Universitetinin tədqiqatçılarından olan cərrah Dmitri Nepoqodiyev də, planlı cərrahiyyə planlanan xəstələr üçün Covid öncəsi peyvəndə önəm verilməli olduğunu deyib: “Bu tədqiqat Birmingham Universiteti tərəfindən idarə olunub. Tədqiqatda bir çox ölkələrdən Türkiyə, Azərbaycan, Avstraliya, Braziliya Çin, Hindistan, Birləşmiş Ərəb Əmirlikləri, İngiltərə və ABŞ-ın da daxil olduğu 116 ölkədəki 1667 xəstəxanadan 141.582 xəstənin dataları araşdırılıb”.

Qeyd edək ki, beynəlxalq elm adamlarının araşdırmalarına əsasən, pandemiya dövründə təcili olmadığı halda əməliyyatları təxirə düşən xəstələrdə əməliyyat öncəsi Covid-19 peyvəndinin virusa bağlı ölüm riskini azaltdığı məlum olub.

Birmingham Üniversitetindəki mütəxəssislər tərəfindən idarə olunan “COVIDSurg Collaborative” beynəlxalq araşdırma heyəti “Cərrahiyyə əməliyyatı planlaşdırılan xəstələrə Covid-19 peyvəndi vurulmasına önəm verilməlidirmi?” mövzusunda araşdırma aparıb. Araşdırmanın nəticələri, bu ilin 25 mart tarixində dünyanın ən prestijli elmi nəşrlərindən olan "British Journal of Surgery"də yayımlanıb.

Məqalənin linki: https://academic.oup.com/bjs/advance-article/doi/10.1093/bjs/znab101/6182412
Baxış sayı
Ay ərzində: 32
Bütünlüklə: 771