2 yaşında 41 kilo oldu   |   Uşaqlı qadınlar depressiyaya daha tez düşür   |   İnternet qocalmanı sürətləndirir   |   Çox oturmağın zərərləri   |   Soğan yemək beyini gücləndirir   |   Çiyələk gümrahlığı artırır   |   Yorğunluğunuzun 7 əsas səbəbi    |   Qadınlar 120 il yaşaya biləcəklər   |   Sevgi ürəyə xeyirdir   |   İtlər xanımlarda allergiya risqini azaldır   |   Portağal sümüyü bərkidir   |   Təzyiq altında yaşamayın   |   Siqareti tərgitmək üçün nə yeməli?   |   Qan qrupu xarakterinizdən xəbər verir   |   Qadın beyni yuxuda daha tez bərpa olunur   |   29 yaşında nənə oldu   |   Uşaqlarımızı rənglərin dili ilə taniyaq   |   Sağlamlıq turizmində 7,5 milyard dollarlıq hədəf - KONFRANS   |   Suyu az içmək beyni qocaldır   |   3D ürək bulandırır   |   Stress qadınların beynini zəiflədir   |   Avropa Şurası Ümumdünya Səhiyyə Təşkilatını yıxıb-sürüdü   |   Möcüzəli "qazlı sular" satışa çıxarıldı   |   Yasəmən ətri əsəbləri sakitləşdirir   |   Qadınlar daha ağıllıdır   |   Qadının 4 toxunulmaz nöqtəsi 18+   |   Xərçəng xəstələrinin sayı 20 milyona çatacaq   |   Kök kişilər daha sədaqətlidir   |   Fəsil dəyişikliyi zamanı yaranan hallar   |   Şəkər də zərərli vərdişlər qədər təhlükəlidir   |   İdman depressiyanın dərmanıdır   |   Siqaret və kofe "Parkinson"un qarşısını alır   |   Yuxusuzluq kökəldir   |   Almanı qabıqlı yeyin   |   Qadınlar, qəhvə için!   |   Dişləri düzgün fırçalama texnikası   |   Alçaqboylu insanlar ürək xəstəliyinə tez tutulur   |   Sonsuzluq – miflər və faktlar   |   Tatu metodu ilə vurulan vaksinlər daha effektiv olur   |   Şirə və yoğurtlar dişlərə ziyandır   |   Şokolad və kakao öskürək zamanı kömək edir   |   Yalan danışan xanımlar tez-tez əl-üzlərini yuyurlar   |   Xərçəngin dərmanı - qara şokolad və qırmızı çaxır!   |   Kişilərin futbol sevgisi   |   20 yaşadək normal çəki saxlaya bilsəniz...   |   Qadınlar, ərlərinizlə mübahisə edin!   |   Pula qarşı allergiyası olan insan   |   Ur (ZOB) haqqında bilmədiklərimiz   |   Xərçəng yox olmaq üzrədir…   |   Zəmanə qadınları...   |   
Azərbaycanda yeni şirkət, yeni məhsul

Oktyabrin 4-də Bakıda “EAS-Consulting”in distributoru olduğu “Defiteq TELEFUNKEN” şirkətinin Azərbaycan filialının açılış mərasimi keçirilib.

Mərasimdə “EAS-Consulting”in və “Defiteq TELEFUNKEN”in Türkiyə filialının direktoru Selman Ülgenalp, “Defiteq Azərbaycan”ın rəhbəri Qüdrət Əsədov və ölkənin tanınmış ictimai-siyasi xadimləri, KİV nümayəndələri, həmçinin iqtisadçılar, həkimlər və digər peşə sahibləri iştirak ediblər.
Mərasimi giriş sözü ilə açan Selman Ülgenalp artıq Azərbaycanda da fəaliyyət göstərəcək olan şirkət və məhsulu haqqında qonaqlara məlumat verib: “2014-cü ildən etibarən “EAS-Consulting” millətlərarası firmaların, dünyada tanınan “Defiteq TELEFUNKEN” markasının yeganə distributorudur. “Defiteq TELEFUNKEN” dünyanın təxminən 60 ölkəsində distributorluq ilə güclü və sabit bir quruluşa malikdir. Hər keçən gün "ÖNCƏ HƏYAT" missiyası ilə fəaliyyətini inkişaf etdirən “Defiteq TELEFUNKEN”, “EAS-Consultingin” ekspertləri və təcrübəli heyəti ilə millətlərarası standartlara, müştəri tələblərinə, keyfiyyət siyasətinə uyğun şəkildə öz məhsul və xidmətlərini təklif edir.

Telefunken DEFİBRİLYATOR – OED yüksək səviyyədə inkişaf etmiş texnologiyaya sahibdir və rahat şəkildə istifadə oluna bilər. Türkiyədə aparılan araşdırmaların nəticələri göstərir ki, hər gün təxminən 300 insan ani ürək dayanması səbəbiylə dünyasını dəyişir. Avropada isə gündə 1500 insan ani ürək dayanması ucbatından həyatını itirir.  Yəni hər il təxminən,  yarım milyon insan bu səbəbdən ölür. Ani ürək dayanması qurbanlarının yalnız 10-20 faizi sağ qalır.

2020-ci ildə ürək xəstəlikləri nəticəsində baş verən ölümlərin sayı bütün ölüm hallarının təxminən 40 faizini təşkil edəcək. Ancaq bir OED-iniz varsa, ətrafınızda ani ürək dayanması baş verən zaman ölüm riskini azaltmaq mümkündür. Bir OED ani ürək dayanmasından sonra sağ qalmaq şansını 70 faizə qədər artırır.

Sizə niyə OED-i seçməli olduğunuzu söyləyəcəm.

Kənar dəstəklə avtomatik şəkildə işləyən defibrilyator, avtomatik olaraq ürək ritminin təhlilini aparır və bunun nəticəsində son dərəcə mürəkkəb alqoritm hesablamaları əsasında şokun zəruri olub-olmadığını müəyyənləşdirir. OED-lə həyata qaytarma prosesində, ilk yardım göstərilən şəxsə düzgün müdaxilə etmək üçün şifahi və əyani xəbərdarlıq mövcuddur. OED süni tənəffüs və ürək masajı üçün də səsli və görüntülü təlimatlar verir. Telefunken OED, xəstənin lazımi ürək ritminin bərpasına kömək etmək üçün ürək masajı zamanı siqnal verir.

Telefunken OED-in yarım avtomatik və tam avtomatik variantları mövcuddur. Yarım avtomatik OED-də xəstəyə elektroşok verməkdən ötrü əvvəlcə “şok” düyməsini basmaq lazımdır, avtomatik OED-də isə elektroşokun verilməsi üçün heç bir manuel müdaxiləyə ehtiyac qalmır, stimullardan sonra elektroşok avtomatik olaraq verilir”.
Şirkət rəhbəri daha sonra mərasim iştirakçılarını sözügedən “Telefunken DEFİBRİLYATOR” aparatı ilə əyani olaraq tanış edib və istifadə qaydasını göstərib. Azərbaycan üçün yeni olan bu aparat iştirakçıların marağına səbəb olub.

Şirkətin Bakı filialının rəhbəri Qüdrət Əsədov qonaqları maraqlandıran sualları cavablandırıb və aparatın zəruriliyi barədə danışıb.
 

Baxış sayı
Ay ərzində: 0
Bütünlüklə: 2271