Körpələr yatanda da öyrənir   |   Həkimlərdən qeyri-adi cəza   |   Süni mayalanmada hansı risklər ola bilər   |   Ağız qoxusundan nece qurtulmalı?.. (PRAKTİK MƏSLƏHƏTLƏR)   |   Qısqanclıq qadınların görmə qabiliyyətini zəiflədir   |   DNT analizi bütün xəstəlikləri üzə çıxarır   |   Şüuraltı fikirləri təmizləmək mümkündür   |   Hündürdaban ayaqqabılar seksual həyata təsir edir   |   Öpüşmə bəzi mikroblara qarşı immunitet yaradır   |   Qadınlar 120 il yaşaya biləcəklər   |   Sağlamlıq turizmində 7,5 milyard dollarlıq hədəf - KONFRANS   |   Qadınlar niyə çox danışır?   |   Təbiətdə işləməyin xeyirli tərəfləri   |   Qadınlar, ərlərinizlə mübahisə edin!   |   Şokolad qan təzyiqini azaldır   |   Ürək əməliyyatını robot həyata keçirdi   |   Güclü cinsin zəif tərəfləri   |   Böyrəkləri çürüdü, yeniləri yarandı   |   Arıqladan çimərlik paltarı   |   Üçlü sinirin nevralgiyası. Patologiyanın səbəbləri, simptomları, əlamətləri, diaqnozu və müalicəsi.   |   Tüstüsüz siqaret kəşf edildi   |   Şəkər də zərərli vərdişlər qədər təhlükəlidir   |   Kişilər ağıllı qadınları sevmirlər   |   Uşağın boy ölçüsünü necə hesablamalı?   |   Qadınlar daha ağıllıdır   |   Kişilər həyat yoldaşlarını gözəlliyinə görə seçirlər   |   Çox düşünənlərin yaddaşı zəif olur   |   Uzunömürlülüyün sirri almadadır   |   Bədənimizdə yaranan sızanaqlar hansı xəstəliklərin əlamətidir   |   Şirniyyatı çox yemək qadınların üzlərini qırışdırır   |   Qadının gözəlliyi seçdiyi peşədən asılıdır   |   Xörəyi musiqi sədaları altında hazırla   |   Kişilərdə spermaya mənfi təsir göstərən 10 amil   |   Siqaret karlıq yaradır   |   Qadınların sevimli yaş dövrü   |   Sağlamlığa zərərli qidaların siyahısı hazırlandı   |   Dişləri düzgün fırçalama texnikası   |   Analar uşaqlarını daha çox əzizləməlidir   |   Çili bibərləri ağrıkəsicidir   |   Yemiş stressin dərmanıdır   |   Siqaret və kofe "Parkinson"un qarşısını alır   |   Ürək ağılarına biğanə yanaşmayın   |   Depressiyanın dərmanı - dondurma   |   Uşaqların səhhətində kompüterin yaratdığı fəsadlar   |   İdman depressiyanın dərmanıdır   |   Müasir xanımlar çox yaşayır   |   İtlər xanımlarda allergiya risqini azaldır   |   İnternet qocalmanı sürətləndirir   |   Alimlər bioloji həyatın mənbəyini tapıblar   |   Nə üçün bir çox xəstəliklər payızda kəskinləşir   |   
Qohumlarla cinsi əlaqə - psixika pozgunluğu yoxsa...

Təxminən dörd il əvvəl atası, əmisi və qardaşı tərəfindən zorlanan 15 yaşlı qızın məhkəmə prosesi gündəmi alt-üst etmişdi. Rayonların birində yaşayan bir qız anasını itirdikdən sonra atasının və qardaşının qulluğunda dururmuş. Bu qulluq isə ona həm də cinsi istismara məruz qalması bahasına başa gəlib.

Məhkəmə zamanı verilən ifadələr, zərərçəkmişin başına gətirilənlər cəmiyyətdə şok effekti yaratsa da, belə tükürpədici olaylara indi də rast gəlinir.

Yaxın qohumlar tərəfindən qızların zorlanması, cinsi təzyiq Azərbaycan üçün xarakterik deyil. Buna görə də məhrəm sayılan atanın, qardaşın, əminin və dayının bu cür cinsi zorakılığı cəmiyyətin sərt reaksiyası ilə qarşılanır. Hətta son zamanlar bu tip zorakılıqların və cinsi meyillərin qarşısını almaq üçün ölüm hökmünün tətbiqini təklif edənlər də var.

Xatırladaq ki, insanların öz doğmaları - genetik bağlılığı olanlarla könüllü və ya zorla cinsi əlaqəsi insest adlanır. İnsest əlaqə tərəflərdən birinin razılığı olmadığı halda zorla və təzyiq etməklə baş verdikdə istismar və cinayət sayılır.

 

Tabu var

Cəmiyyətin bütün tərəfləri kimi bu qaranlıq və mübahisəli mövzu barədə fikrilərini bölüşən filosof Niyazi Mehdi deyir ki, əksər mədəniyyətlərdə insestə qarşı tabu, qadağa var: “Çox zaman insest bacı-qardaş arasında baş verir. Lakin müxtəlif insest formaları ola bilər. Məsələn, valideyn-uşaq cinsi əlaqəsi, bacı-qardaş, xala-bibi-əmi-dayı qohumluğu olan və sair”.

Müsahibimiz deyir ki, Fransa, Hollandiya, Danimarkada insest normal qəbul olunur. Həmçinin Rusiyanın özündə də bu, cinayət sayılmır. Lakin bu kimi qohum evliliyinə icazə verilmir. Məsələn, bacı-qardaşın bir-biri ilə cinsi əlaqəsi normaldır. Lakin onlar evlənə bilməz. Niyazi Mehdiyə görə, Azərbaycanda insest əlaqə nadir hallarda baş verir, sadəcə, bu olayın tirajlanması böyük səs-küyə səbəb olur.

Tarixinə gəlincə, Qədim Misirdə və İnk qəbiləsində əksər kişilərin öz bacıları ilə evləndiyi barədə bilgilər var. Mütəxəssislər hazırda da davam edən bu prosesdə müsəlman ölkələrin azlıq təşkil etdiyini deyirlər.

Qeyd edək ki, sorğu nəticəsində məlum olub ki, dünya əhalisinin 15 faizi bir dəfə də olsa insest sayılacaq cinsi əlaqədə olub. Dünyada bu əlaqəyə meyilliyə Hindistanda daha çox rast gəlinir. Burada insest sayılacaq cinsi əlaqə 40 faizi keçir.

İnsest əlaqəyə meylin müxtəlif səbəblərdən baş verdiyi bildirilir. Psixologiya və konsultasiya mərkəzinin klinik psixoloqu Denis Rzayev deyir ki, insest əlaqə bütün dövrlərdə olub və müxtəlif cəmiyyətlərdə müxtəlif cür qarşılanıb: “Əsasən Avropa ölkələrində, Rusiyada, Amerikada rast gəlinir. Haram sayıldığı üçün müsəlman ölkələrində geniş yayılmayıb. Adını çəkdiyimiz ölkələrdə isə insest əlaqə bəzən cinsi azadlıq kimi qəbul olunur”.

Psixoloq deyir ki, öz doğmalarına qarşı zorakılıqların kökündə uşaq vaxtı yaşanmış psixoloji travma durur: “Araşdıranda bəlli olur ki, bunu edən insanların konkret psixoloji travmaları var. Belələri ruhi-əsəb diaqnozlu xəstə sayılmırlar. Bu, həm də mədəniyyət, tərbiyə çatışmazlığından doğan uyğunsuzluqdur. Yəni həmin şəxslər genetik pozuntu ilə doğulmurlar, mühitə görə davranırlar.  Doğmalarına qarşı zorakılıq edən kişilərdə intim fantaziya və intim tələbatın ödənilməsi sərhəd tanımır. Bu cür halları əsas götürüb deyirəm ki, əgər bir fərd bioloji tələbatlarının ödənməsi prosesində hansısa bir narahatlıq hiss edərsə, vaxtında üstünə düşməlidir. Çünki fantaziyalar sərhəd tanımır".

 

Kortəbii instinktin fəsadı

Bəzən insest əlaqəyə meyilli insanlarda fizioloji çatışmazlıqlar olduğu da deyilir. Lakin androloqlar problemin kökündə cinsi instinktlər dayandığından bu versiyanın yanlış olduğunu düşünürlər.

Respublika dəri-zöhrəvi dispanserinin uroloq-androloqu Rasim Şıxəliyev də bu cür düşünərək təbabətdə bu halın yolverilməz olduğunu, hətta bu cür əlaqədən genetik xəstə uşaqlar doğulduğunu deyir: “Hər bir insanda instinktlər var: özünüqoruma instinkti, qidalanma instinkti, cinsi instinkt... Bu problemin kökündə də cinsi instinkt durur. Unutmaq olmaz ki, seksual meyl kortəbii instinktdir. Əlbəttə, insanın psixolojı durumunun da böyük rolu var. Yalnız psixi xəstə insanlar cinsi instinktdən dolayı bu cinayəti törədirlər. İnsanı heyvandan ayıran şüurdur”.

Mütəxəssis insest əlaqələrin çoxalmasının həm insanın səhhətindən, həm düşdüyü ətraf mühitdən, həm cəmiyyətdən, həm də aldığı məlumatlardan asılı olduğunu iddia edir: “Seksual tərəfdən inkişaf etməmiş insanlar belə xəbərləri oxuyanda onun qeyri-normal olduğunu anlamırlar. Bu cinayəti törədən insanın psixikası mütləq ətraflı müayinə olunmalıdır. Fikrimcə, bu insanların 90-95 faizinin psixi fəaliyyətində problemlər var. Bu məzmunlu xəbərlərin yayılması da xoşagəlməz halların çoxalmasına rəvac verir. Bu xəbəri 95 faiz nifrətlə qarşılayırsa, 5 faizin beynində şüuraltı şəkildə maraq doğurur”.

 

Yasaq münasibətin doğmalaşması

Tarixi qədim olsa da, insest əlaqə hətta qədim Avstraliya qəbilələrində belə nifrətlə qarşılanıb. İbtidai qaydalarla idarə olunan bir qəbilədə belə, yasaq sayılan hərəkətin əhatəsinin indi genişlənməsi cəmiyyətdə seksual gərginliklə izah olunur.

Keçən əsrin ortalarında bir alman psixiatrı yazırdı ki, bir müddət sonra insanlar intim haqqında danışmağı intimlə məşğul olmaqdan üstün tutacaqlar. Bu, günümüzün reallığıdır. İnsanlar intimdən danışmağı, pornoya baxmağı onu həyata keçirməkdən üstün tuturlar. Bu, düşüncənin transformasiyasıdır. Odur ki, artıq “zorladı” başlıqlı xəbərlərin sayının azalması üçün cəmiyyətdə cinsi maarifləndirmə tədbirlərinə böyük ehtiyac yaranır.

Naibə QURBANOVA

Baxış sayı
Ay ərzində: 33
Bütünlüklə: 5978