Giləmeyvə yemək insanı cavanlaşdırır   |   Möcüzəli "qazlı sular" satışa çıxarıldı   |   Cavan həyat yoldaşı ömrü uzadır   |   Xanımlar evliliyin ilk illərində daha çox kökəlirlər   |   Kondinsionerlər ölümcül bakteriyalar yayır   |   Ana olmaq qadınları daha da ağıllı edir   |   Şokolad qan təzyiqini azaldır   |   Portağal sümüyü bərkidir   |   Sadizmə meyilli olan insan portreti   |   Qadınlar yatanda arıqlayır   |   Hıçqırıq hansı xəstəliklərə işarədir?    |   Xörəyi musiqi sədaları altında hazırla   |   İnsulini sprey əvəz edəcək   |   Sağlamlığa zərərli qidaların siyahısı hazırlandı   |   Təmiz havada gəzmək intellektual səviyyəni artırır   |   Təzyiq altında yaşamayın   |   Çox oturmağın zərərləri   |   Sağlamlıq turizmində 7,5 milyard dollarlıq hədəf - KONFRANS   |   Piylənmə və artıq çəki problemi   |   Körpələr yatanda da öyrənir   |   Dünyanın ən xeyirli mətbəxləri   |   Ərə getmək xanımlar üçün xeyirlidir   |   Kişilərin futbol sevgisi   |   Qadınların sevimli yaş dövrü   |   Şokolad üzərindəki ağlar nəyin əlamətidir   |   Ağrıkəsicilər xərçəngi öldürür   |   Homoseksualizm və lesbiyankalıq nədən yaranır?   |   Stress qadınların beynini zəiflədir   |   Ramazan ayında necə qidalanmalı?   |   Həkimlərdən qeyri-adi cəza   |   Dişləri düzgün fırçalama texnikası   |   Zəmanə qadınları...   |   Plastik butulkalar uşaqlarda xəstəlik yaradır   |   Analar uşaqlarını daha çox əzizləməlidir   |   Diliniz dərdinizdən danışır...   |   Tüstüsüz siqaret kəşf edildi   |   Yasəmən ətri əsəbləri sakitləşdirir   |   Siqareti tərgitmək üçün nə yeməli?   |   Boyun osteoxondrozuna qarşı effektli məşq proseduru   |   Qaradərili insanlar daha sakit olurlar   |   Qadın beyni yuxuda daha tez bərpa olunur   |   Tənhalıq xərçəngə səbəb olur   |   Peşənə bax, ölümünü bil!   |   Autizm dünyanın sonu deyil   |   Köklük insult riskini artırır   |   Kök kişilər daha sədaqətlidir   |   Körpələrin ağlaması onlara xeyirdir   |   Nikah gecəsinin sirləri   |   2 yaşında 41 kilo oldu   |   Sevgi ürəyə xeyirdir   |   
Hamar qarın üçün 10 QIZIL QAYDA

Hamar qarına sahib olmaq üçün pəhriz saxlamaq kifayyət etmir. Bunun üçün bir çox idman hərəkətlərinə və vərdişlərə əməl etmək vacibdir. Diqqətinizə sizi arzusunda oldugunuz qarına sahib edəcək 10 qızıl qaydanı çatdırırıq...

 

Rahatlanın
Stress – piyin qarın nahiyəsində yığılmasının ilk səbəbidir. O, piyin qarında toplanmasına səbəb olan kortizol hormonunun səviyyəsini artırır. Gərginliyi aradan qaldırmaq üçün belə bir hərəkət yarayar:
Sakit və rahat bir yerdə əyləşin. Ağciyərlərinizə bacardığınız qədər çox hava çəkin və asta-asta nəfəs verin. Dərindən nəfəs alaraq hər nəfəs vermə zamanı "bir” sözü söyləyin. Bu hərəkəti gündə bir-iki dəfə 5-10 dəqiqə ərzində etmək lazımdır.

 

Spirtli içkiləri unudun
Nahar vaxtı qəbul olunmuş bir qədəh şərab – və siz artıq şalvarınıza sığmırsınız. Alkoqol da kortizol səviyyəsini artırmaqla piyin qarın nahiyəsində toplanmasına səbəb olur.

 

Siqaret çəkməyin
Siqaret çəkənlərin əksəriyyəti isbat edir ki, papiros çəkmək arıq qalmaqda onlara kömək edir. Lakin məsələ ondadır ki, papiros çəkənlərin qarın nahiyəsində çəkməyənlərə nisbətən  daha çox piy toplanır.

 

Lifli qidadan daha çox istifadə edin
Bu, çəkinin azalmasına müsbət təsir edir (liflər mədəni doldurur və aclıq hiss olunmur). Eyni zamanda qarın köpünə səbəb ola biləcək qəbzlik törətmir. Hər gün dənli bitkilər, meyvə  və tərəvəz, yaxud qida əlavələri şəklində 25 – 38 q lifli qida yemək kifayətdir. 

 

Çoxlu su için
Menstruasiya önü dövrdə çoxlu su için. Bu, orqanizmin ümumi vəziyyətinə zərər yetirmədən  köpü aradan qaldırmağa kömək edəcək.

 

Sümükləri unutmayın
Osteoporoz – sümükləri zədələyən xəstəlikdir. Zəif onurğa sümükləri orqanizmin çəkisini saxlaya bilmir ki, bu da sonradan belin bükülməsinə gətirib çıxara bilər. Yaşınız 50 və daha çoxdursa, hər gün qida ilə  1200 mq kalsium qəbul etmək lazımdır. Yaşı 50-dən az olanlar üçün gündəlik kalsium norması  1000 mq-dır.

 

Aerobika məşqləri
Nə qədər ki əzələlər piy qatı ilə örtülmüşdür, heç bir fiziki hərəkət qarını düzəltməyə kömək etməz. Ən yaxşı  üsul –həftədə beş dəfə 45-60 dəqiqə ərzində aerobika ilə məşğul olmaqdır.


Qarnınızı çəkin
Təsəvvür edin ki, içərinizdə qarnınızı onurğanıza tərəf çəkən bir maqnit var. Maksimal dərəcədə qarnınızı içəri çəkin və tezliklə bu, nəfəs almaq kimi bir vərdişə çevriləcək. Bunu yada saldığınız hər an etsəniz tezliklə adət edəcəksiniz.

Artıq çəkidən azad olun
Qarşınıza məqsəd qoyun- həftədə iki-üç dəfə fiziki hərəkətlər edin. Qaydalara riayət etsəniz 50 yaşınızda belə 20 yaşınızda geyindiyiniz paltara sığa biləcəksiniz.

Qarın əzələlərini yükləyin
Fiziki hərəkətləri bacardıqca ayaq üstə edin. Bu zaman qarın əzələləri də işləyir. Bu, bədəni müəyyən çəkidə saxlamaq və onu möhkəmləndirməyə kömək edir. Özünüzə fikir verin. Duruşunuz həmişə düzgün, qarın əzələləri isə içəri çəkilmiş olmalıdır.

Baxış sayı
Ay ərzində: 0
Bütünlüklə: 8523