Süni mayalanmada hansı risklər ola bilər   |   Arıqladan çimərlik paltarı   |   Çiyələk gümrahlığı artırır   |   Uzunömürlülüyün sirri almadadır   |   Tənhalıq xərçəngə səbəb olur   |   Sızanaqlar hansı xəstəliklərdən xəbər verir?   |   Kişilər yoxa çıxacaq   |   Ürək ağılarına biğanə yanaşmayın   |   İdman depressiyanın dərmanıdır   |   Boşanma kişilərə də təsir edir   |   İmmunitet intellektual səviyyədən asılıdır   |   Kişilər həyat yoldaşlarını gözəlliyinə görə seçirlər   |   Arıqlamağın sadə üsulu – təkəbbür   |   Orqan ticarətində Azərbaycanın da adı hallandı   |   Giləmeyvə yemək insanı cavanlaşdırır   |   Boyun osteoxondrozuna qarşı effektli məşq proseduru   |   Süni şəkər əvəzediciləri şişmanlığa səbəb olur   |   Karyera və uşaq doğurmaqda qadınlara məsləhət   |   Homoseksualizm və lesbiyankalıq nədən yaranır?   |   Ana olmaq qadınları daha da ağıllı edir   |   Çox oturmağın zərərləri   |   Kişilər ağıllı qadınları sevmirlər   |   Mədəni həyat kişilərdə depressiya yaradır    |   Albalı şirəsi yuxunu tənzimləyir   |   Uzunömürlülüyün sirri   |   Bədənimizdə yaranan sızanaqlar hansı xəstəliklərin əlamətidir   |   Futbola baxmaq ürək xəstəliklərini artırır   |   Qadınlar yatanda arıqlayır   |   Öpüşmə bəzi mikroblara qarşı immunitet yaradır   |   Möcüzəli "qazlı sular" satışa çıxarıldı   |   Uşaqları öpməyin!   |   Təmiz havada gəzmək intellektual səviyyəni artırır   |   Avropa Şurası Ümumdünya Səhiyyə Təşkilatını yıxıb-sürüdü   |   Yaşın fərqi varmış   |   Şəkər də zərərli vərdişlər qədər təhlükəlidir   |   İnsulini sprey əvəz edəcək   |   Yalan danışan xanımlar tez-tez əl-üzlərini yuyurlar   |   Ana bətnində 4 gün donduruldu   |   Kişilərin qadınlarda görmək istədiyi rənglər hansılardır?   |   Cinsi həvəsi artıran möcüzəvi bitki + VİTAMİN SİYAHISI   |   Çili bibərləri ağrıkəsicidir   |   Kofein beyin xərçəngi risqini azaldır   |   Alimlər bioloji həyatın mənbəyini tapıblar   |   Şokolad və kakao öskürək zamanı kömək edir   |   Uşağın boy ölçüsünü necə hesablamalı?   |   Qadının 4 toxunulmaz nöqtəsi 18+   |   Dünyanın ən xeyirli mətbəxləri   |   Analar uşaqlarını daha çox əzizləməlidir   |   Hamiləlik testi mobil telefonla yoxlana biləcək   |   Plastik butulkalar uşaqlarda xəstəlik yaradır   |   
Baş ağrıları

• Görmə qabiliyyətinin pozulması nəticəsində baş ağrıları

• Boyun və baş əzələlərinin gərilməsi nəticəsində baş ağrıları

• Miqren

• Daxili təzyiqinin artması nəticəsində əmələ gələn baş ağrıları

 


Baş ağrıları - əsasən kiçik və gənç yaşlı uşaqlarda rast gələn nasazlıqdır.  Körpələrdə bu çox nadir hallarda rast gəlir. Doğru qurulmamış gün rejimi, yorğunluq, beyinin gərgin fəaliyyəti, havasız yerdə qalma, yuxusuzluq kimi hallar, bir qayda olaraq, baş ağrılarına səbəb olur. Valideynlər uşaqlarda baş ağrılarının nə zaman başladığını, onların intensivliyini, yerləşməsini və baş ağrılarını müşahidə edə biləcək başqa əlamətlərini (qusma, baş gicəllənmə, görmə qabiliyyətinin zəifləməsi, tərləmə) uşağın davranışında və şəxsiyyət baxımından xüsusiyyətlərin dəyişikliklərinin olub olmamasını aydınlaşdırmalıdırlar. Qızlarda baş ağrıları  menstrual sikl ilə (aybaşı)  bağlı ola bilər.

 


Görmə qabiliyyətinin pozulması ilə əlaqədar baş ağrıları uşaqlarda  uzun müddətli gərginlik nəticəsində  yaxından görmə, uzaqdan görmə və ya akkomadasiya (kəskin əksi almaq üçün göz almasında işığın sınma bucağının dəyişmə qabiliyyətinin zəyifləşməsi) əmələ gəlir.

Yardım: uşağı tez bir zamanda göz həkiminə göstərmək lazımdır.
 

Boyun və baş əzələlərinin gərilməsi nəticəsində əmələ gələn baş ağrıları yeniyetmə dövründə daha tez-tez rast gəlir. Adətən bu baş günün sonuna doğru artır və yuxudan sonra isə keçir. 
Yardım: valideynlər nəzarət etməlidirlər ki, uşaq məşğələ zamanı (dərslərini edərkən) eyni vəziyyətdə uzun müddət oturmasın. Məşğələlər arası, hər 30-40 dəqiqədən bir fasilə vermək lazımdır. Eyni zamanda uşaqlara boyun əzələlərinin gərginliyini aradan qaldırmaq məqsədi ilə bəzi fiziki hərəkətlər etmək məsləhət görülmür.

 

Miqren: miqren zamanı baş ağrılarının səbəbi beyinin qidalanmasında mühüm rol oynayan qan damarlarının qeyri-adı genişlənməsi və döyünməsidir. Bir çox ailələrdə miqren xəstəliyindən  ailə üzvlərinin bir neçəsi əziyyət çəkir. Baş ağrıları başlamazdan əvvəl “aura” olur: uşaq gözünün qabağına ləng hərəkətdə olan ziqzaqa bənzər xəttlər və ikiləşmiş şəkildə görünən əşyalardan şikayət edir. Eyni zamanda uşaqda hərəkətlərin kordinasiyasının pozulması və ya ona müraciət edənlərin nitqini başa düşməməsi kimi hallar müşahidə olunur. Auradan sonra ürək bulanması və qusma ilə müşayət olunan baş ağrısı tutması baş verir.  Tutma 1-2 saatdan çox müddətinə qədər davam edə bilər. Bir çox hallarda baş ağrıları aura olmadan başlayır. Belə hallarda “hissə-hissə miqren” tutmaları olur. Belə tutmalar zamanı qusma olmur. Tez-tez müşahidə olunan baş ağrıları beyin damarlarının sıxılması və qan təzyiqin artması (hipertenziya) nəticəsində baş verir.
Yardım: uşaq mütləq nevropatoloq tərəfindən müayinə olunmalıdır.

 

Kəllə daxili təzyiqin artması, ürəkbulanma və qusma kimi əlamətlərlə müşahidə edilən baş ağrıları bir çox xəstəliklərdə rast gəlir. Beyin şişləri zamanı da baş ağrıları tez-tez rast gələn əlamətdir.
Yardım: mütləq uşaq nevropatoloq və neyrocərrah tərəfindən müayinə olunmalıdır.

Baş ağrıları həçinin kəskin respirator infeksiya (“Zökəm” bölməsinə bax), ac qalma, diabet, qulağın iltihabı və s. kimi hallarda da meydana çıxa bilər.

Baxış sayı
Ay ərzində: 0
Bütünlüklə: 3943