Oturaq iş qadınları qocaldır   |   Kompüter uşaqlarda raxit xəstəliyi yaradır   |   Qadınlar kişilərdən daha məsuliyyətlidir   |   “Abdiminoplastika - xoşbəxtliyimin səbəbi...”   |   Qısqanclıq qadınların görmə qabiliyyətini zəiflədir   |   Xanımların gözəlliyi onlara yardım etmir   |   Dünya Səhiyyə Təşkilatı: ət xərçəng xəstəliyi yarada bilər   |   Homoseksualizm və lesbiyankalıq nədən yaranır?   |   Çox düşünənlərin yaddaşı zəif olur   |   Qadının gözəlliyi seçdiyi peşədən asılıdır   |   Şirə və yoğurtlar dişlərə ziyandır   |   Partenofiliya - bakirə qızlara meyl   |   Oturaq işləyən insanlar diqqətli olun   |   Kişilər ağıllı qadınları sevmirlər   |   Mavi gözlülərin genetik atası eyni olub   |   Qaradərili insanlar daha sakit olurlar   |   Sevgi qurban tələb edir   |   Körpələrin ağlaması onlara xeyirdir   |   20 yaşadək normal çəki saxlaya bilsəniz...   |   Prostatit və onunla mübarizə   |   3D ürək bulandırır   |   Ünsiyyət xərçəngin qarşısını alır   |   Pul saymaq ağrını azaldır   |   Təmiz havada gəzmək intellektual səviyyəni artırır   |   Əkizlər ana bətnində dostlaşırlar   |   Linza seçərkən diqqətli olun   |   Döş xərçəngi həyat tərzi ilə bağlıdır   |   Şokolad qan təzyiqini azaldır   |   Xörəyi musiqi sədaları altında hazırla   |   Antibakterial sabunlar sağlıq üçün zərərlidir   |   Suyu az içmək beyni qocaldır   |   Ürək ağılarına biğanə yanaşmayın   |   Cavan həyat yoldaşı ömrü uzadır   |   Qadının 4 toxunulmaz nöqtəsi 18+   |   Bakteriyalar qadınları daha çox “sevir”   |   Zəmanə qadınları...   |   Siqaret və kofe "Parkinson"un qarşısını alır   |   Yorğunluğunuzun 7 əsas səbəbi    |   Xərçəng əleyhinə bakteriya tapıldı   |   Qız uşaqları daha çətin tərbiyə olunur   |   Tatu metodu ilə vurulan vaksinlər daha effektiv olur   |   Panik ataklı xəstələr 10 dəqiqə “ölümü” yaşayırlar   |   İnternet qocalmanı sürətləndirir   |   Siqareti tərgitmək üçün nə yeməli?   |   Hirsli qadınlar özlərini yaxşı hiss edir   |   Ana səsi sakitləşdirici gücə malikdir   |   Alçaqboylu insanlar ürək xəstəliyinə tez tutulur   |   Qohum nikahlarına "yaşıl işıq"   |   Kondinsionerlər ölümcül bakteriyalar yayır   |   Uşaqlı qadınlar depressiyaya daha tez düşür   |   
Nikah gecəsinin sirləri

Nikah vəya zifaf gecəsi bəylə gəlinin ilk dəfə, necə deyərlər, bir yastığa baş qoyduqları gecəyə deyilir. İmam Sadiq (ə) buyurur: “...Gecənin əvvəl saatlarında cinsi yaxınlıq etməyin...” Yəni zifaf gecə vaxtı olmalıdır. Bu, gecəyarıya yaxın olsa daha yaxşıdır. Amma, heç də o demək deyil ki, həyat yoldaşı ilə yalnız gecələr yaxınlıq etmək olar. Dediklərimiz ancaq zifafa aiddir, çünki insan gündüz fəaliyyət göstərdiyindən gərginlik keçirir və gecə istirahət edir. Bunun isə doğulacaq övlada müsbət təsiri var. Digər tərəfdən, gecə gəlinin ismət və həyasının qorunması üçün daha münasibdir. Peyğəmbər (c) buyurur: “Gəlinlə zifafı gecə edin, onun qonaqlığını isə gündüz verin”.

Bəzən nikah gecəsi cinsi əlaqə ya tamam mümkün olmur, yada natamam baş verir: nəticədə gəlin ər evində qız kimi qalır, buna görə də hamilə ola bilmir. Təbabətdə buna virqoqamiya (latınca virqo – qızlıq, bakirəlik; qamos - ər) vəya qız (bakirə) nikahı deyilir. Mütəxəssisə müraciət olunmadıqda bu hal uzun müddət və hətta ömürlük davam edə bilər. Belə ər-arvad bir-birinə sədaqətli olsa da, ailə səadətinə qovuşa bilmir.

 

Nikahdan sonra yaranan problemlər
Nikahdan sonra müxtəlif səbəblər üzündən problemlər yarana bilər. Asan anlaşılması üçün onları 3 qrupa bölək:

1. Qorxu, həyəcanla bağlı problemlər;
2. Məlumatsızlıq və təcrübəsizlikdən yaranan səbəblər;
3. Erektil disfunksiya vəya cinsi zəiflik (impotensiya).

 

Birinci səbəb qorxu, həyəcandır ki, bu da bəzi qızların nikah gecəsi barədə olan yalnış söhbətlərdən aldığı psixi təsirdir. Bir qızı yengəsi elə qorxutmuşdu ki, o, gəlin köçsə də, ər evində 3 il qız kimi qalmışdır. Qorxu bəzən o qədər çox olur ki, bəy gəlinə toxunmaq, hətta yaxınlaşmaq istəyəndə qızın bütün bədəni sıxılır və əlaqə mümkün olmur.
 

İkinci səbəb ər-arvadın cinsi əlaqə və cinsi həyat barədə məlumatsızlığından, təcrübəsizliyindən və s. ibarətdir ki, bu da ailədə sərt tərbiyənin nəticəsidir.
 

Üçüncü səbəb kişilərdə cinsi zəifliklə bağlıdır. Bu halı törədən tibbi-psixoloji səbəblər müxtəlifdir. Əvvəllər zəif olmayan bəy eşitdiyi yalnış söhbətlərdən aldığı psixi zərbədən, psixoloji çətinliklərədən və s.-dən nikah gecəsi zəifləyir. Gəlinin qorxu keçirməsi, yengənin bayırda gözləməsi, yatağın gizli və rahat yerdə olmaması kimi hallar da bəyi həyəcanlandırır. Oğlana bəzən uzun müddət nişanlı qalmaq da pis təsir edir. Nikah gecəsi “bəy-gəlin bağlanıb”, “tilsimə düşüb”, “qorxub” və s. kimi xalq arasında yayılan söhbətlər də elə bu səbəblərdən yaranıb.

 

Problemin həlli yollari
30 illik təcrübəmə və dünyanın bir çox klinikalarında gördüklərimə əsaslanıb deyə bilərəm ki, bütün bakirə nikahların müalicəsi tamamilə mümkündür. Mütəxəssisə tez müraciət olunarsa müalicə tez də başa çatar.

Belə ailələrdə, hətta nikah gecəsi normal keçən ailələrdə bəzən sonsuzluq (qadın və kişidə analizlər normal olduqda belə) yaranır. Düşmələr, hamiləliyin toksikozu, qarında və sidik-cinsiyyət üzvlərində narahatlıq, qeyri-adi ağrılar, cinsi yaxınlıqdan həzz almama, hava çatışmazlığı hissi, ürək nahiyyəsində xoşagəlməz ağrılar, qan təzyiqinin dəyişməsi, başda, beldə və oynaqlarda ağrılar, həyata marağın azalması, bir sözlə, ruh düşkünlüyü ilə əlaqədar müxtəlif əlamətlər əmələ gəlir. Xəstələr bəzən illərlə ginekoloqa, nevropatoloqa, kardioloqa, qastro-enteroloqa, uroloqa və s. həkimlərə müraciət edirlər.

Belə halların əsasında qorxu, həyəcan, bəzən ruh düşkünlüyü olduğundan aparılan müalicələr effekt vermir. İstənilən həyəcanı (hətta işlə, səhnə ilə, imtahanla bağlıdırsa belə) yox etmək mümkündür. Müasir psixoloji, psixoterapiya ilə (xahiş edirik psixiatriya ilə səhv salmayın) həyəcanı bir neçə saata və bir neçə seansa itirmək olur. Xalq dilində desək: “Tilsimi sındırmaq olur”. Lazımi hallarda dərmanlardan da istifadə edirik.

 

Analar! Qızınızın səadətə qovuşmasını istəyirsinizsə, onu nikah gecəsinə hazırlayın. Əlbəttə, bu, çoxunuza qəribə və çətin gəlir. Onda bizə də müraciət edə bilərsiniz.
 

Qızlar! Romanlara, poeziyaya çox uymayın. Biz heç də romantikanın əleyhinə deyilik. Amma, romantika nəzəriyyə, ər-arvad həyatı isə təcrübədir.
 

Atalar! Övladınızın tərbiyəsi zamanı abır-həya pərdəsini götürməmək şərtilə oğlunuzu cinsi həyata hazırlayın.
 

Oğlanlar! Nikahdan əvvəlki və sonrakı həyatınızı mənalı yaşamaq istəyirsinizsə, istənilən problemlə üzləşən kimi çəkinmədən mütəxəssisə müraciət edin. Biz sizlərə istənilən ailə problemləri ilə bağlı yardımçı olmağa hazırıq.

Şəmsəddin Babayev
Beynəlxalq dərəcəli həkim-terapevt, psixoterapevt, psixoloq və seksoloq

Baxış sayı
Ay ərzində: 0
Bütünlüklə: 4290