Çili bibərləri ağrıkəsicidir   |   Çox gülən qadınlar tez kökəlir   |   Dişləri düzgün fırçalama texnikası   |   Passiv siqaret çəkmək əsəbləri pozur   |   Cinayət və cinayətkarlığın psixo-sosial səbəbləri   |   Uşaqlarımızı rənglərin dili ilə taniyaq   |   Üçlü sinirin nevralgiyası. Patologiyanın səbəbləri, simptomları, əlamətləri, diaqnozu və müalicəsi.   |   Qadınlar kişilərdə nəyi xoşlayır?   |   “Şiddət və qəddarlıq əks etdirən videoların yayımlanması qadağan edilməlidir”   |   Prostatit və onunla mübarizə   |   Əlləriniz xarakterinizi göstərir   |   Xanımların gözəlliyi onlara yardım etmir   |   Kişilər yoxa çıxacaq   |   Xoşbəxtlik qadınları zəif edir   |   29 yaşında nənə oldu   |   Kişilər kosmetikaya qadınlardan çox pul xərcləyir   |   Tüstüsüz siqaret kəşf edildi   |   Kişilərin futbol sevgisi   |   Albalı şirəsi yuxunu tənzimləyir   |   Giləmeyvə yemək insanı cavanlaşdırır   |   Qadınlar niyə çox danışır?   |   Uşağın boy ölçüsünü necə hesablamalı?   |   Sitrus içkiləri böyrək daşının qarşısını alır   |   Dünyanın ən xeyirli mətbəxləri   |   Hıçqırıq hansı xəstəliklərə işarədir?    |   Ağız qoxusundan nece qurtulmalı?.. (PRAKTİK MƏSLƏHƏTLƏR)   |   Kişilərdə spermaya mənfi təsir göstərən 10 amil   |   Dermatoloq: "Xallar dəyişərək BƏDXASSƏLİ ola bilər"   |   Sarımsaq nikotini zərərsizləşdirir   |   Ərə getmək xanımlar üçün xeyirlidir   |   Öpüşmə bəzi mikroblara qarşı immunitet yaradır   |   Oturaq iş qadınları qocaldır   |   Bədənimizdə yaranan sızanaqlar hansı xəstəliklərin əlamətidir   |   Döş xərçəngi həyat tərzi ilə bağlıdır   |   "Qadınlar nə istəyir" sualına cavab tapıldı   |   Orqan ticarətində Azərbaycanın da adı hallandı   |   Karyera və uşaq doğurmaqda qadınlara məsləhət   |   Sızanaqlar hansı xəstəliklərdən xəbər verir?   |   Autizm dünyanın sonu deyil   |   Ev işləri erkən doğum risqini artırır   |   Uşaqları öpməyin!   |   “Abdiminoplastika - xoşbəxtliyimin səbəbi...”   |   Şirniyyatı çox yemək qadınların üzlərini qırışdırır   |   Çiyələk gümrahlığı artırır   |   Ana südü xərçəngə qarşı   |   Tatu metodu ilə vurulan vaksinlər daha effektiv olur   |   Kişilər həyat yoldaşlarını gözəlliyinə görə seçirlər   |   Kişilər ağıllı qadınları sevmirlər   |   Kişilərin qadınlarda görmək istədiyi rənglər hansılardır?   |   20 yaşadək normal çəki saxlaya bilsəniz...   |   
Piylənmə və artıq çəki problemi

Xəstəliyin əsas səbəblərindən biri stress faktorudur

Piylənmə müasir dövrümüzdə bir çoxlarını narahat edən ciddi xəstəliyə çevrilib. Xəstəlik orqanizmdə artıq piy yığılması ilə xarakterizə olunan, tez-tez residivləşən çox faktorlu mərəzdir. Statistik göstəricilərə görə, son bir ildə piylənmənin tezliyi iki dəfə artıb. Reproduktiv yaş həddində olan qadınların 30-60 faizi artıq çəkidən, 25-27 faizi isə piylənmədən əziyyət çəkir. Piylənmənin əsas səbəblərindən biri də stress faktorudur. Məlum olduğu kimi qadınların və kişilərin stress faktoruna münasibətləri müxtəlifdir. Stressə qarşı emosiyogen qida intizamı və ya hiperfaqik reaksiya müşahidə olunur. Qadınlar narahatlıqdan və darıxmaqdan daha çox qida qəbul edirlər. Beləliklə, öz qəm-kədərlərini və bədbəxtliklərini yeməklə sakitləşdirirlər. Tədricən sutkalıq qida qəbulu rejimi pozulur və “gecə yemək” sindromu formalaşır. Səhər anoreksiya, yuxunun pozulması yaranır ki, bu da axşam və gecə bulimiyasına (doyma hissinin olmaması) gətirir. Bu sindiromdan qurtarmaq üçün xəstələr özlərini sistemsiz, ciddi ac qalma pəhrizlərinə salırlar. Amma aclıq hissini öldürmək üçün gecelər daha çox yemək qəbul etdiklərinə görə çəkinin artması müşahidə olunur. Sonra günah hissi, özünü qiymətləndirmənin aşağı düşməsi, pəhriz aqressiyası yaranır ki, bu da qida intizamınin pozulmasına gətirib çıxarır.
Beləliklə, artıq çəkidən və piylənmədən azad olmaq istəyənlər qida rasionlarına ciddi əməl etməlidirlər. Təklif olunan qida rasionu isə belədir:
Qida rasionunda yağlar sutkalıq rasionunun 25-35 faizini təşkil etməli; Doymuş yağlar 7 faizdən az, polidoymamış yağ turşuları 10 faizə qədər, mono doymamış yağlar 20 faizdən az olmalıdır. Xolesterin sutkada 200 mq-dan az olmalıdır. Yüksək yağlılıq dərəcəsi olan qida məhsullarına, o cümlədən gizli yağlılıq (kolbasalar, sosislər, kəsmik, yarımfabrikatlar) məhsullarına məhdudiyyət qoyulur.
Karbohidratlar sutkalıq kalorinin 55-60 faizini təşkil etməlidi. Həzm olunmayan (bitki lifləri ilə zəngin) və tədricən həzm olunan (nişasta) karbohidratlar – tərəvəz, meyvə, giləmeyvə, paxlavalar, kobud üyüdülmüş un məmulatları qəbul olunmalıdır. Tərəvəzlər qida rasionuna gün ərzində 3-4 dəfə , meyvələr 2-3 dəfə daxil edilməlidir.
Tez sorulan karbohidratlardan qlükoza, saxaroza, fruktoza, laktoza qəbuluna məhdudiyyət qoyulur. Şəkər, mürəbbə, bal, şokolad, şirniyyat məmulatlar, şirin içkilər, üzüm, banan, xurma, yemiş və s. olmaz.
Zülallar gündəlik qida rasionunun 15 faizini təşkil edir. Heyvani zülal: (yağsız ət, balıq və quş), 15 faizdən aşağı yağlılıqda olan süd məhsulları (yağsız pendir) və dəniz məhsulları, bitki mənşəli zülal, soya, paxla, noxud, göbələk və s. olmalıdır.
Bundan başqa, piylənmə və artıq şəki kimi problemlərin həllində xüsusi pəhriz rejimi və bir sıra dərman preparatları məsləhət görülür. Amma buna görə endokrinoloqa müraciət etməyiniz məsləhətdir.

Endokrinoloq Şıxəliyeva Mənsurə

Baxış sayı
Ay ərzində: 0
Bütünlüklə: 3651