Xərçəng xəstələrinin sayı 20 milyona çatacaq   |   Qohumlarla cinsi əlaqə - psixika pozgunluğu yoxsa...   |   Körpələrin ağlaması onlara xeyirdir   |   Plastik butulkalar uşaqlarda xəstəlik yaradır   |   Sonsuzluq – miflər və faktlar   |   Balığın sağlamlığınıza faydaları   |   Gözəl qadınlar kişilər üçün zərərlidir   |   Uşağın eyvandan yıxılmağı valideyn səhlənkarlığıdırmı?   |   Dermatoloq: "Xallar dəyişərək BƏDXASSƏLİ ola bilər"   |   Kişilər həyat yoldaşlarını gözəlliyinə görə seçirlər   |   Nə üçün bir çox xəstəliklər payızda kəskinləşir   |   Əlləriniz xarakterinizi göstərir   |   Uşaqlarımızı rənglərin dili ilə taniyaq   |   Orqan ticarətində Azərbaycanın da adı hallandı   |   Gizli xəstəliklərin aşkar əlaməti - başgicəllənmə   |   Depressiya görməni zəiflədir   |   Güclü cinsin zəif tərəfləri   |   Kişilər kosmetikaya qadınlardan çox pul xərcləyir   |   Albalı şirəsi yuxunu tənzimləyir   |   Su filtrindən süzülən xəstəlik   |   Möcüzəli "qazlı sular" satışa çıxarıldı   |   Sağlamlıq turizmində 7,5 milyard dollarlıq hədəf - KONFRANS   |   Yemiş stressin dərmanıdır   |   Passiv siqaret çəkmək əsəbləri pozur   |   Çox oturmağın zərərləri   |   3D ürək bulandırır   |   Pul saymaq ağrını azaldır   |   Arıqlamağın sadə üsulu – təkəbbür   |   Avropa Şurası Ümumdünya Səhiyyə Təşkilatını yıxıb-sürüdü   |   Saqqız çeynəməyin faydaları   |   Piylənmə və artıq çəki problemi   |   Sızanaqlar hansı xəstəliklərdən xəbər verir?   |   Kompüter oyunları səhvsiz qərar verməyə zəmin yaradır   |   Döş xərçəngi həyat tərzi ilə bağlıdır   |   Qadınların sevimli yaş dövrü   |   Boyun osteoxondrozuna qarşı effektli məşq proseduru   |   Xoruldayan insanlarda avtomobil qəzaları riski daha çox olur   |   Şokolad qan təzyiqini azaldır   |   Zəmanə qadınları...   |   Enli budlar sağlam ürəyə işarədir   |   İdman depressiyanın dərmanıdır   |   Xörəyi musiqi sədaları altında hazırla   |   Başı başqa bədənə köçürüləcək   |   Mədəni həyat kişilərdə depressiya yaradır    |   Uşaqların səhhətində kompüterin yaratdığı fəsadlar   |   Dişləri düzgün fırçalama texnikası   |   Savadlı ol ürəyin ağrımasın   |   Antibakterial sabunlar sağlıq üçün zərərlidir   |   Psixologiya elminin ən qorxulu eksperimeti: 8 aylıq Albert   |   Hıçqırıq hansı xəstəliklərə işarədir?    |   
Çiçək tozcuqları

Çiçək tozcuqları: Tozcuqlar əsəb sisteminə yaxşı təsir göstərir, ürəyin fəaliyyətini normallaşdırır və mədə - bağırsaq sistemini, ağ və qara ciyərlərin, böyrəklərin, daxili vəzilərin sekresiyasının işini stimullaşdırır. Bitkilərin tozcuqları öz tərkibinə görə nadir qida məhsulu və bir çox xəstəliklərin müalicəsində və proflaktikasında universal təsirə malik dərman vasitəsidir. Məlumdur ki, bütün xəstəliklər üçün vahid və yüksək səmərəli dərman yoxdur və ola da bilməz. Lakin elə dərmanlar var ki, onu bir çox xəstəliklərdə müvəffəqiyyətlə istifadə etmək olar. Çiçək tozları belə dərmanlardandır. Təcrübi olaraq elə bir xəstəlik yoxdur ki, həmin xəstəlikdə çiçək tozu, bu və ya başqa dərəcədə faydalı olmasın.

Çiçək tozcuqları bizim və başqa ölkələrin farmokoloqları tərəfindən yaxşı öyrənilib və onların müalicəvi əhəmiyyəti də klinistlər tərəfindən yoxlanılıb. Formokoloqlar və klinistlər çiçək tozcuqlarının böyük profilaktik və müalicəvi əhəmiyyətə malik olduğunu təsdiq ediblər. Tozcuqlar təcrübi olaraq orqanizm üçün zərərsizdir (zərərli bitkilərin tozcuqlarından başqa).

Aparılmış çoxlu miqdarda tədqiqatlar tozcuqların qəbulunun yüksək səmərəli olduğunu aşağıdakı xəstəliklərdə sübut etmişdir: ürək – damar sistemi xəstəliklərində, hipertoniyada, qanazlığı və ağ qanlılıq xəstəliklərində (qan əmələgətirən vasitə kimi), mərkəzi əsəb və endokrin sistemlərinin xəstəliklərində.

Bitkilərin tozcuqları mədə –bağırsaq iltihabında, iştahanın artırılmasında, bağırsaqların fəaliyyətinin tənzimlənməsində, xüsusilə də xroniki qəbizlikdə yaxşı təsir göstərir. Uşaq xəstəliklərinin profilaktika və müalicəsində tozcuqlar yaxşı nəticə verir. Tozcuqlar orqanizmin qocalmasına mane olur. Kosmetikada da onlardan geniş istifadə olunur. Arılar bitkilərin tozcuqlarını toplayır, mürəkkəb fermentizasiyasından keçirib bal ilə qarışdırıb özlərinə yem hazırlayırlar ki, bu yemsiz arı ailəsi yaşaya bilmir. Çiçək tozcuqlarında yüksək aktivliyə malik olan antibiotiklər vardır ki, bunların sayəsində onlar min illər mühafizə olunub qalır.

Təcrübə göstərir ki, müalicə bitkiləri toplandığı kimi çiçəklərin də tozcuqlarının toplanmasını (yığılmasını) təşkil etmək olar və bəzi ölkələrdə bu müvəffəqiyyətlə həyata keçirilir.

 

Hipertoniya xəstəliyinin başlanğıcında çiçək tozcuqlarının bal ilə 1:1 və ya 1:2 nisbətində qəbul etmək faydalıdır.

 

Arılar tərəfindən toplanan çiçək tozcuqları bədxassəli qanazlığında, beynin iltihabında yaxşı müalicə əhəmiyyətinə malikdir. Dəmləmə: 180 qr bal, 50 qr tozcuq və 800 ml su. Balı soyuq suda həll etmək, az-az tozcuq əlavə etmək və fasiləsiz qarışdırmaq. Bu qatışığı bir neçə gün otaq temperaturunda (200C) qıcqırma prosesi baş verənə qədər saxlamaq. Alınan məhlul yaxşı dada və ətirə malik olur. Qarışdıraraq bu məhluldan gündə ¾ stəkan yeməkdən qabaq qəbul etmək. Bu dərmanı 6 gün ərzində qəbul etmək və yeni porsiya hazırlayıb qəbul etmək lazımdır.

Profilaktika məqsədilə qəbul edilən tozcuq dozası gündə üç dəfə bir çay qaşığından bir xörək qaşığına qədərdir. Tozcuqlar təzə halda daha səmərəlidir. Tozcuqları bal ilə şüşə qabda saxlamaq olar. Bal ilə tozcuqların nisbəti 2:1 götürülür (iki hissə bal, bir hissə tozcuq – məs. 200 qr. bal 100 q. tozcuq). Meyvə ağaclarının tozcuqları çox xeyirlidir.

Məşhur fransız alimi və ictimai xadimi Alen Kaya kişilərin 50 yaşdan sonra hər gün 15 qram tozcuq istifadə etməsini məsləhət görürdü.

Baxış sayı
Ay ərzində: 25
Bütünlüklə: 2734