Şokolad üzərindəki ağlar nəyin əlamətidir   |   Çili bibərləri ağrıkəsicidir   |   Öpüşmə bəzi mikroblara qarşı immunitet yaradır   |   Qadınlar yuxuya daha çox ehtiyac duyur   |   Qadının gözəlliyi seçdiyi peşədən asılıdır   |   Gözəl qadınlar kişilər üçün zərərlidir   |   Kompüter oyunları səhvsiz qərar verməyə zəmin yaradır   |   Kişilərin kompüter oyunlarına marağının sirri açıldı   |   Günəbaxan tumları insanı cavanlaşdırır   |   Dünyanın ən xeyirli mətbəxləri   |   Arıqlamağın sadə üsulu – təkəbbür   |   Bədənimizdə yaranan sızanaqlar hansı xəstəliklərin əlamətidir   |   Qohum nikahlarına "yaşıl işıq"   |   Passiv siqaret çəkmək əsəbləri pozur   |   Şirniyyatı çox yemək qadınların üzlərini qırışdırır   |   Uşaqlı qadınlar depressiyaya daha tez düşür   |   Plastik butulkalar uşaqlarda xəstəlik yaradır   |   Sevgi ürəyə xeyirdir   |   Hirsli qadınlar özlərini yaxşı hiss edir   |   B6 vitamini xərçəng risqini azaldır   |   Qadınlar yatanda arıqlayır   |   Su filtrindən süzülən xəstəlik   |   Arıqladan çimərlik paltarı   |   29 yaşında nənə oldu   |   Ana südü xərçəngə qarşı   |   QİÇS-in yeni forması aşkarlanıb   |   Şokolad və kakao öskürək zamanı kömək edir   |   İnternet qocalmanı sürətləndirir   |   Panik ataklı xəstələr 10 dəqiqə “ölümü” yaşayırlar   |   Köklük insult riskini artırır   |   Ana olmaq qadınları daha da ağıllı edir   |   İdman depressiyanın dərmanıdır   |   Körpələrin ağlaması onlara xeyirdir   |   Başı başqa bədənə köçürüləcək   |   Qadınlar kişilərdə nəyi xoşlayır?   |   Qadınlar 120 il yaşaya biləcəklər   |   İtlər xanımlarda allergiya risqini azaldır   |   Qadınlar daha ağıllıdır   |   Təbiətdə işləməyin xeyirli tərəfləri   |   Ana səsi sakitləşdirici gücə malikdir   |   Uşaqlarımızı rənglərin dili ilə taniyaq   |   Qan qrupu xarakterinizdən xəbər verir   |   Boşanma kişilərə də təsir edir   |   Yaşın fərqi varmış   |   Sonsuzluq – miflər və faktlar   |   Karyera və uşaq doğurmaqda qadınlara məsləhət   |   Çiyələk gümrahlığı artırır   |   Ramazan ayında necə qidalanmalı?   |   Pula qarşı allergiyası olan insan   |   Xərçəng yox olmaq üzrədir…   |   
3D ürək bulandırır

Belə filmlərə baxdıqdan və ya oyunlar oynadıqdan sonra ürəkbulanma, başgicəllənmə, başağrısı əlamətləri müşahidə olunur. Kino tamaşaçılarının bir hissəsi üçölçülü təsvirli filmlərə baxa bilmir, çünki belə filmlərə baxdıqdan sonra vəziyyətləri pisləşir, onlarda ürəkbulanma, başgicəllənmə, başağrısı əlamətləri müşahidə olunur. Bu isə lokomosiya xəstəliyinin (orqanizmin bir yerdən digərinə hərəkəti) klassik əlamətləridir. Məsələ bundadır ki, ekranda yaradılan üçölçülü məkan illüziyası beyinin və görmə orqanlarının fəaliyyətinə pis təsir göstərir.
Los-Ancelesdəki Cənubi Kaliforniya Universitetinin oftalmoloqu, professor Ceyms Saltsın sözlərinə görə, sağ və sol gözlər arasındakı əlaqənin zəifliyi səbəbindən insanların bəziləri üçölçülü təsvirləri qavraya bilmir. Belə filmləri layiqincə qiymətləndirmək üçün gözlər arasındakı əlaqə ideal, hər iki gözdəki təsvir eyni dərəcədə əla olmalıdır. Təsviri bütün istiqamətlərdə yaxşı izləmək yalnız bu halda mümkündür. Gözlərin filmə əlaqəli baxması üçün beyin əlavə impulslar göndərir. Film uzun çəkdikdə beyin və gözlər yorulur. Odur ki, üç saat davam edən seans zamanı tamaşaçıların nasazlıq hiss etmələrində təəccüblü heç nə yoxdur.

Baxış sayı
Ay ərzində: 32
Bütünlüklə: 2983