Şokolad üzərindəki ağlar nəyin əlamətidir   |   Hamiləlik testi mobil telefonla yoxlana biləcək   |   Kompüter oyunları səhvsiz qərar verməyə zəmin yaradır   |   Nikah gecəsinin sirləri   |   Uşaqların səhhətində kompüterin yaratdığı fəsadlar   |   Kondinsionerlər ölümcül bakteriyalar yayır   |   Pul saymaq ağrını azaldır   |   B6 vitamini xərçəng risqini azaldır   |   Çox düşünənlərin yaddaşı zəif olur   |   Panik ataklı xəstələr 10 dəqiqə “ölümü” yaşayırlar   |   Dünya Səhiyyə Təşkilatı: ət xərçəng xəstəliyi yarada bilər   |   Təmiz havada gəzmək intellektual səviyyəni artırır   |   Bakteriyalar qadınları daha çox “sevir”   |   “Abdiminoplastika - xoşbəxtliyimin səbəbi...”   |   Böyrəkləri çürüdü, yeniləri yarandı   |   Təbiətdə işləməyin xeyirli tərəfləri   |   Oturaq iş qadınları qocaldır   |   Depressiya görməni zəiflədir   |   Qadınlar üçün ən ziyanlı 3 peşə   |   Sevgi ürəyə xeyirdir   |   Qadınlar 120 il yaşaya biləcəklər   |   Şirniyyatı çox yemək qadınların üzlərini qırışdırır   |   Qadınlar yuxuya daha çox ehtiyac duyur   |   20 yaşadək normal çəki saxlaya bilsəniz...   |   Gözəl qadınlar kişilər üçün zərərlidir   |   Alçaqboylu insanlar ürək xəstəliyinə tez tutulur   |   Kişilər kosmetikaya qadınlardan çox pul xərcləyir   |   Kişilər həyat yoldaşlarını gözəlliyinə görə seçirlər   |   Körpələrin ağlaması onlara xeyirdir   |   Piylənmə və artıq çəki problemi   |   Ana olmaq qadınları daha da ağıllı edir   |   Təzyiq altında yaşamayın   |   Xoruldayan insanlarda avtomobil qəzaları riski daha çox olur   |   Zəmanə qadınları...   |   Sitrus içkiləri böyrək daşının qarşısını alır   |   Ağrıkəsicilər xərçəngi öldürür   |   Günəbaxan tumları insanı cavanlaşdırır   |   Qadınlar, ərlərinizlə mübahisə edin!   |   Ərli qadınlar kökəlməyə meylli olrlar   |   Qadınların sevimli yaş dövrü   |   Kişilər ağıllı qadınları sevmirlər   |   3D ürək bulandırır   |   Şirə və yoğurtlar dişlərə ziyandır   |   Saqqız çeynəməyin faydaları   |   Qan qrupu xarakterinizdən xəbər verir   |   Qadın beyni yuxuda daha tez bərpa olunur   |   Stress qadınların beynini zəiflədir   |   Xörəyi musiqi sədaları altında hazırla   |   Almanı qabıqlı yeyin   |   Qohum nikahlarına "yaşıl işıq"   |   
Rəna Tağıyeva
Suallarınızı cavablandırır:
Rəna Tağıyeva
Medi Plus klinikası: psixoterapevt, hipnoterapevt, NLP-master


Qısa məlumat:
2009-cu ildə Moskva psixologo-sosial institutunun psixologiya fakultəsini bitirib.
2011-ci ildə Moskvada NLP-master, 2012-ci ildə pozitiv psixoterapiya, 2013-cü ildə hipnoterapiya kurslarını bitirib.

Tel.: (051) 388 53 98
Medi Plus klinikası
Adınız soyadınız:
E-mail:
Sualın mətni:
Təhlükəsizlik şifrəsi:
 
Sual verən: Qismət kərimov Əlavə edilib: 2023-04-01 22:14:28
Mən pis biriyəm
Cavab verən: Psixoterapevt / Rəna Tağıyeva
Salam. Onu dərk eləmək inkişafın yüksək mərhələsidir, etiraf eləmək isə insani keyfiyyətlərin üstünlük təşkil eləməsi və cəsarətə işarədir.
Sual verən: Ay Əlavə edilib: 2023-03-05 07:57:01
Salam həkim 20 ildən çoxdur qaynanamla bir evdə yaşayırıq. Bu illər ərzində heç uyğunlaşa bilmədik sanki düşmandır ailəmizə, hər cür pislik edir, acıq verir, könül bulandırır. Zorla elə istəyir ki, hamını, hər şeyi idarə etsin. Məndə boş verirəm ancaq bir yerdən sonra partlayıram. Yoldaşımda arada qalıbdır, işi ilə başını qarışdırır. Məni və uşaqları düşman kimi görür. Nə edə bilərəm mən?
Cavab verən: Psixoterapevt / Rəna Tağıyeva
Salam. Psixoterapiya keçərək yaşadığınız reallığı harmonik qəbul edə bilərsiniz. Bu sizin münasibətlərə,sağlamlığınıza yaxşı təsir göstərəcək,övladlarınızı uşaqlıq travmalarından qorumağa kömək edəcək.
Sual verən: A.A Əlavə edilib: 2023-02-26 14:50:16
Salam Rəna xanım, iş mühitində kollektivlə və rəhbərliklə çətinliklərin öhdəsindən necə gələ bilərik? Necə edək ki, onlarla dil tapaq? Və ya yola verək? Hələki işimdən ayrıla bilmirəm. Rəqabətmi deyim paxıllıqmı deyim buna bilmirəm. İkiüzlülər, satqınlar, ara qarışdıranlar, yalançı, fırıldaqçılar və s. çoxdur. Utanmadan da heç nə etməmiş kimi davam etməklərinə də qıcıq oluram. Qısası, hər cür insan var. İş prosesində gərginləşməkdən işimə fokuslana bilmirəm.
Cavab verən: Psixoterapevt / Rəna Tağıyeva
Salam. Sosial adaptasiya ilə bağlı məsləhətlər çoxdur. Lakin onları icra eləmək üçün enerji lazımdır. Enerji itkisinin qarşısı alınmasa bütün məsləhətlər effektsiz olur. Ona görə şüuraltı korreksiyadan sonra dünyagörüşü artır, səbr çoxalır, intuisiya güclənir və yaşamaq rahatlaşır. Psixoterapiya vasitəsi ilə özünü dərindən tanıyıb kəşf edən insanlar gələcəyin insanlarıdır.
Sual verən: Anonim Əlavə edilib: 2023-02-20 20:52:58
Salam. Menim yoldaşım mene 3 defe eyni insanla xeyanet edib.2 evladımızda var. He defesinde tutandada özünü öldürür ,üreyi gedir ve s.düzdü axırıncı defe tutandan sonra daha xeyanetini görmemişem. Tövbe etdi,qurana el basdı,ama yenede men ona inanmıram.ve men o qadınla telefonla danışıb dalaşmışam,onun sözleri meni çox incitdi.ve men her defü o zöleri xatırlayıb yoldaşımla dalaşıram. Ayrılma yolunada girmişem,ama her defe ürüyim yumuşalıb barışmışam. Üreyimde ona qarşı hisslerim bitmeyib. Yeni her ne etsede ondan ayrıla bilmirem.belkede verdiş olmuşammı deyim nedi bilmirem.12 ildi evliyik. Ele bilirem onsuz heçne bacarmayacam, uşaqlarıma baxa bilmeyecem, menası olmayacaq heyatın.
Cavab verən: Psixoterapevt / Rəna Tağıyeva
Salam. Yoldaşınız sizin əriniz olmaqdan əlavə həm də uşaqlarınızın atasıdır. Ancaq özünüzü düşünsəniz gələcəkdə peşiman ola bilərsiniz. Əslində kiminsə diqqətindən asılı olmaq düzgün deyil. Özgüvənli şəkildə yoldaşınızı ailəyə bağlamağa çalışın. Elə adamlarda var ki, onları tərbiyələndirmək gecdir. Onlar bizim qarşımıza qəbullanmağı öyrənmək üçün çıxırlar.
Sual verən: Sabina M. Əlavə edilib: 2023-02-19 15:13:39
Doktor salam .Necəsiz?Mən tez-tez səksənirəm.Gundüzlər oyan olandada,gecə yuxuya gedəndədə səksənirəm Bunun səbəbi nədir?
Cavab verən: Psixoterapevt / Rəna Tağıyeva
Salam. Diksinməyə - fizioloji yuxu miokloniyasına səbəb sinir sisteminin bədən üzərində olan nəzarətidir. Əyər cisim çox gərginləşərsə, yuxuda da diksinməyə davam edir. Diksinmə sayəsində bədən əzələlərdəki gərginliyi atır.
Sual verən: Sona Əlavə edilib: 2023-02-13 14:29:50
Salam men geceler pis yuxular gorurem qaynanam ve atam olenden ancaq ölüm haqda fikirlewirem qorxu yaranir yuxudada ele weyler gorurem bu gorduyum yuxular beynimlemi eleaqeliidi ne etmeliyem??
Cavab verən: Psixoterapevt / Rəna Tağıyeva
Salam. Qorxulu yuxular görməklə bəzi bioloji funksiyalar yerinə yetirilir. Bu gündəlik həyatda yaşanan negativ emosiyaların öhdəsindən gəlmək üçün sinir sisteminin keçdiyi təlimdir. Yuxuda yaşanan emosiyalar emosional stresin həllinə kömək olur və gələcəkdə yaşanacaq affektiv reaksiyalara hazırlaşdırır.
Sual verən: anonim Əlavə edilib: 2022-12-26 04:03:55
hekim salam men mene qarşı kimse nese edende en esasda yoldaşlm yeni acıqkananda dalaşanda hemşe men barışlram yeni isterem bir defe sehvini anlasin amma sileye göre qizima göre barışıram 5 ildir evliyik aglimda ancaq meni sevmir meni istemir menj neyese gpre isteyir deli deli suallar var yaxşı heçne fikirleşe bilmirem sonrada men barlşıram özümü ezilmiş kimi hiss eedirem amma küsülü qala bilmirem hami üçün eleyem özümü deyersiz hiss edirem.bilmirem nece edimki hisslerime qalib gəlim
Cavab verən: Psixoterapevt / Rəna Tağıyeva
Salam. Özgüvən, özünə dəyər psixoterapiya ilə bərpa olunur. Səbəbləri şüuraltıda yerləşdiyi üçün anamnez toplanaraq korreksiya olunur.
Sual verən: alisa Əlavə edilib: 2022-12-26 03:53:09
salam hekim artiü 3 cü dəfədirki mende ani gelen qarin agrisi ardiycan ürekbulanma bedenim sanki burda yoximiş kimi hiss sanki bu dəqə öləcəyəm kimi qorxu hissi ayaqlarimda qicolma yiğilms hissi ve en son titreme olur bütün beden özümden ixtiyarsiz esir ilk gün daha şiddetki olmuşdu amma axrinci dəfə yüngül keçdi cemi 5 10 dəqə çəkir və dayanir 2 3 hefte arayla baş verir bu neden ola biler?
Cavab verən: Psixoterapevt / Rəna Tağıyeva
Salam. Terapevtik profilli həkimlərə müraciət edin. Əyər problem fizioloji deyil psixolojidirsə, deməli yaşadığınız hansısa hadisəni və ya insanı bağışlaya bilmirsiniz. Etirazdan əzələlər yığılır, immunitet aşağı düşür və s. Bədəninizin stresə reaksiyasıdır. Psixoterapiya ilə keçir.
Sual verən: anonim Əlavə edilib: 2022-12-13 12:43:13
Salam Rəna xanım.Qıcıqlanmış bağlrsaq sindromunun psixoloji səbəbə nədir?
Cavab verən: Psixoterapevt / Rəna Tağıyeva
Salam. Qıcıqlanmış bağırsaq sindromunun psixosomatik səbəbi təhlükə, gələcək və pulsuzluq qorxusudur.
Sual verən: efqan Əlavə edilib: 2022-12-05 15:07:25
menim sol ayagim quruyur nedendir
Cavab verən: Psixoterapevt / Rəna Tağıyeva
Salam. Ətrafınızda hirsli olduğunuz insanlar var. Onlara doğru addım atmaq istəmirsiniz.
Sual verən: Kazimova Oksana Əlavə edilib: 2022-12-02 17:19:48
Salam dr.Davranis pozgunlugu var oglumun abizol icir asiliq yaradir bu derman?ya mualice edir?cox narahatam elebilirem dermani kesecem usaq eyni olacaq
Cavab verən: Psixoterapevt / Rəna Tağıyeva
Salam. Dərman müalicəsi ilə bərabər koqnitiv terapiya da alsa psixikası bərpa olar.
Sual verən: Cemile Əlavə edilib: 2022-11-24 19:20:09
Salam hekim cox xahis edirem cavablandirasiz,5 yasinda oglumda 1 ay qabaq kravatindan yixilib gece vaxti ondan sonra kekeleme baslayib bu neyle bagli ola biler?
Cavab verən: Psixoterapevt / Rəna Tağıyeva
Salam. Onu səhvlərinə görə çox danlayırsınız, onun mükəmməl olmasını istəyirsiniz, onun sizin istəklərinizi yerinə yetirməyə enerjisi və gücü çatmır. Ona görə düşdüyü vəziyyətin fəsadı qalıb.
Sual verən: Ruhəngiz Manafova Əlavə edilib: 2022-11-20 06:53:48
Salam hekim mən əsəbilikdən agresivlikden eziyyet cekirem. Bunun ucun ne ede bilerem.
Cavab verən: Psixoterapevt / Rəna Tağıyeva
Salam. Yazılın psixoterapiya seanslarına.
Sual verən: Ononim Əlavə edilib: 2022-11-09 16:55:28
Evlenmek istemeyen oglanlara ne derman verek
Cavab verən: Psixoterapevt / Rəna Tağıyeva
Salam. Ata ilə ananın arasında birlik, biri-birinə dəyər hiss edən, ictimai qınaqdan çəkinən oğlanlar məmnuniyyətlə ailə qururlar.
Sual verən: yusif quliyev Əlavə edilib: 2022-11-03 08:05:58
her sey qaydasindadir amma icimde bilmediyim bir sixinti var
Cavab verən: Psixoterapevt / Rəna Tağıyeva
Salam. Ağılın təhlili 5- 8 % təşkil eləyir. Beyində generasiya olunan digər fikirlərdən insan bixəbərdir. Retikulyar aktivləşdirici sistem var, prioritetlərə görə məsuliyyət daşıyır. Sinir sistemini qorumaq məqsədi ilə bədən ağıla zidd gedərək, retikulyar sistemə tabe olur. İnsan isə özünü başa düşməyə çalışır.....
Sual verən: anonim Əlavə edilib: 2022-11-01 14:28:21
Salam Rəna xanım.yoldaşımda astenospermiya çıxıb 1 ildi uşağımız olmur psixoloji olaraq nə ilə bağlıdır?
Cavab verən: Psixoterapevt / Rəna Tağıyeva
Salam. Valideyn olmağa hazır olmamaqla bağlıdır. Abstrakt düşüncə və davranış səbəblərini (psixoloji) bilmək üçün anamnez toplanmalıdır.
Sual verən: Jale Selimova Əlavə edilib: 2022-10-27 17:41:20
Salam hekim menim oglumun 10 yawi var o 3 yawindan sora tedricem yemekleri secmeye bawladi indi ise demek olar butun yemeklerden meyvelerden imtina edib yavan corek yeyir acanda amma yemekleri yemir zorla yedirende qusur ama bu iwtahasizliq onda halsizliq yaratmir nece hekime aparmiwam iwtah dermanlari komek elemir bilmirem nece edim ki hec olmasa 3 4 yemeyi yesin sizce pisixoterapevt komek ede biler bize?
Cavab verən: Psixoterapevt / Rəna Tağıyeva
Salam. Uşaqlarla bağlı bütün problemlər valideynlərə ilahi ismarıcdır. Bu ismarıcları oxumaq üçün psixoterapiya valideynlər üçün olunur və gözəl nəticələr alınır.
Sual verən: Leyla Əlavə edilib: 2022-10-23 14:35:04
Salam hekim, 3 il bundan əvvəl ağır panik atak yaşadım və indiyə qədər müxtəlif vaxtlarda azalıb coxalir. Ama əsas problemim gün ərzində davamlı olan nefes daralmasidir. Dərindən nəfəs almaq üçün esneyirem 10/1 uğurlu olur. Ve bu mənim bütün sinirlerimi korlayır, işlərimi görə bilmirəm. Evdə otururam. Tez tez nefes derin nefes alma ehtiyacı gelir. Almasam bogulacag kimi oluram üzüm qızarmaga başlayır. Bunun üçün nə edə bilərəm , dəfələrlə dərman müalicəsi almisam
Cavab verən: Psixoterapevt / Rəna Tağıyeva
Salam. Seanslara yazılın, sizin problemlərinizi tez bir zamanda həll edək.
Sual verən: Anar Ibadov Əlavə edilib: 2022-10-12 08:25:52
Salam. Ushagin 4 yashi var. Heddinden chox danisir. Cox lazimsiz suallar verir. Neyinese el deyende aglayir ya deyir isti oldu pis oldu niye elindi deydi. Ya nese duzeldir aglayir ki sehv oldu? Bele seyler normaldi ushaqlarda ya nece?
Cavab verən: Psixoterapevt / Rəna Tağıyeva
Salam. Siz onu olduğu kimi, mənfi cəhətləri ilə qəbul eləyin. Abstroqirovaniye- düşüncələrinizdə qəbullansanız hər şey möcüzəvi şəkildə dəyişəcək.
Sual verən: Maximilian Muller Əlavə edilib: 2022-10-11 11:27:31
Salam Rena xanim yaddas, qavramaq, suretli oyrenmek, uzun muddet sixilmadan dersle mesqul olmaq ucun neleri etmeyi meslehet gorerdiz
Cavab verən: Psixoterapevt / Rəna Tağıyeva
Salam. Yazdıqlarınıza əməl eləmək üçün obskurantizmi yaradan stereotip düşüncə korreksiya olunmalıdır ki, koqnitiv dissonansdan azad olasınız. Ağıl elmlə qidalandığı üçün assertiv halda böyük məmnuniyyətlə biliyinizi artıracaqsınız.