Almanı qabıqlı yeyin   |   Mədəni həyat kişilərdə depressiya yaradır    |   Gecə təngnəfəsliyi ölümə gətirib çıxarır   |   Mobil telefon qulaqda əlavə səs yaradır   |   Hirsli qadınlar özlərini yaxşı hiss edir   |   Şəkər də zərərli vərdişlər qədər təhlükəlidir   |   Kompüter oyunları səhvsiz qərar verməyə zəmin yaradır   |   Qadınların sevimli yaş dövrü   |   Kafe və çay evlərində ölümcül Vərəm xəstəliyi təhlükəsi diqqət !   |   Enli budlar sağlam ürəyə işarədir   |   Karyera və uşaq doğurmaqda qadınlara məsləhət   |   Sadizmə meyilli olan insan portreti   |   Oturaq işləyən insanlar diqqətli olun   |   Depressiyanın dərmanı - dondurma   |   Kompüter uşaqlarda raxit xəstəliyi yaradır   |   Ayaqlarınız xarakterinizdən danışır   |   Hamiləlik testi mobil telefonla yoxlana biləcək   |   Hündürdaban ayaqqabılar seksual həyata təsir edir   |   Uşağın boy ölçüsünü necə hesablamalı?   |   Ana olmaq qadınları daha da ağıllı edir   |   Xərçəngin dərmanı - qara şokolad və qırmızı çaxır!   |   Sarımsaq nikotini zərərsizləşdirir   |   Tüstüsüz siqaret kəşf edildi   |   Xoşbəxtlik qadınları zəif edir   |   Dünyanı dəhşətli viruslar bürüyür   |   Soğan yemək beyini gücləndirir   |   Antibakterial sabunlar sağlıq üçün zərərlidir   |   Körpələr yatanda da öyrənir   |   Dünya Səhiyyə Təşkilatı: ət xərçəng xəstəliyi yarada bilər   |   Sağlamlığa zərərli qidaların siyahısı hazırlandı   |   Qadının 4 toxunulmaz nöqtəsi 18+   |   Homoseksualizm və lesbiyankalıq nədən yaranır?   |   Ana öpüşü güclü immunitet yaradır   |   Cinsi həvəsi artıran möcüzəvi bitki + VİTAMİN SİYAHISI   |   Kişilərin futbol sevgisi   |   Qadınlar niyə çox danışır?   |   Şirə və yoğurtlar dişlərə ziyandır   |   Dişləri düzgün fırçalama texnikası   |   20 yaşadək normal çəki saxlaya bilsəniz...   |   Qan qrupu xarakterinizdən xəbər verir   |   İnsulini sprey əvəz edəcək   |   Hıçqırıq hansı xəstəliklərə işarədir?    |   Əsəbiləşmək kişilərin qamətini əyir   |   Böyük Britaniyada ağciyər qalmaqalı   |   Uşaqlı qadınlar depressiyaya daha tez düşür   |   Sevgi qurban tələb edir   |   Başı başqa bədənə köçürüləcək   |   Ərli qadınlar kökəlməyə meylli olrlar   |   Qadınlar yuxuya daha çox ehtiyac duyur   |   Öpüşmə bəzi mikroblara qarşı immunitet yaradır   |   
Rəna Səmədova
Suallarınızı cavablandırır:
Həkim kardioloq Rəna Səmədova

Qısa məlumat:
1999-2005 Azərbaycan Tibb Universitetinin müalicə-profilaktika fakültəsində təhsil alıb
2005-2006 Şəhər Revmatologiya Mərkəzində və Aleksandrovski Xəstəxanasında Sankt-Peterburq Diplomdansonrakı Təhsil Tibb Akademiyasının (СПбМАПО) E.E.Eyhvald adına revmatologiya kursu ilə 1 №-li terapiya kafedrasında internatura keçib (Sankt-Peterburq, Rusiya)
2006-2008 Pokrovski Xəstəxanasında Sankt-Peterburq Diplomdansonrakı Təhsil Tibb Akademiyasının M.S.Kuşakovski adına kardiologiya kafedrasında kliniki ordinatura keçib (Sankt-Peterburq, Rusiya)
2013 Dokuz Eylül Universitetinin Xəstəxanasının kardiologiya kafedrasında staj keçib (İzmir, Türkiyə)

Aşağıdakı cəmiyyətlərin üzvüdür:
Rusiya Kardioloqlar Cəmiyyəti (РКО)
Avropa Kardioloqlar Cəmiyyəti (ESC)
Ürək Çatmamazlığı Assosiasiyası (HFA)
Kəskin Ürək-Damar Baxımı Assosiasiyası (ACCA)
Ürək-Damar Xəstəliklərinin Profilaktikası və Reabilitasiyası üzrə Avropa Assosiasiyası (EACPR)
Ürək-Damar Görüntüləməsi üzrə Avropa Assosiasiyası (EACVİ)

Hal-hazırda İstanbul klinikasında işləyir (ünvan Süleyman Sani Axundov, 141 - Azadlıq prospekti metrosunun yaxınlığında).
Qəbula əvvəlcədən yazılmaq lazımdır


Müxtəlif ürək-damar xəstəliklərinin (o cümlədən aritmiyaların) diaqnostikası, müalicəsi və profilaktikası
EKQ
exoKQ
Tredmil-test (hal-hazırda mümkün deyil)
EKQ-nin Holter monitorinqi
Arterial təzyiqin sutkalıq monitorinqi

Sual verən: Tural Əlavə edilib: 2020-01-18 15:38:36
salam. doktor menim 201 yashim var mende evvelerde agri olub urey nahiyemde sinemde yoxalanmisam.sinir menseli cixib amma 3 gun sinemin ortasinda esasda sag terevli sag kureye agri vurur hereket zamani artir azalir birden ortadam agriyir amma tez gez gezirem hele tenginefelsik yoxdu meselen 5 meretebe zad rahat cixiram doyuntu olur o mence normaldi sinemde ortada olan agri urey menseli ola bilermi
Cavab verən: Kardioloq / Rəna Səmədova
Salam. Elə başa düşdüm ki 21 yaşınız var. Ürəkdə bəzən atipik ağrılar da ola bilir. Lakin sizin halda düşünürəm ki, terapevtə müraciət etməlisiniz (döş qəfəsində digər orqanlar və strukturlar da var - bronxlar, qida borusu və s.).
Sual verən: Nərmin aliyeva Əlavə edilib: 2020-01-18 11:47:12
Salam həkim mənim 24 yaşım var üryimdə döyüntü çoxdur kardeqramadan keçmişəm dööyüntü 102 100 105 olur bəzəndə.çox. nəticədə sinus taxikardiyası yazılmışdı . Son zamanlarda neçə gündü ürəyimdə sıxıntı çoxdu eləbil hava dolub ürəyimə nəfəs sala bilmirəm çox sıxılır ürəyim. Nədən olar
Cavab verən: Kardioloq / Rəna Səmədova
Salam. Əgər daim sinus taxikardiyası varsa kardioloqun konsultasiyası məsləhətdir. Nəfəs ala bilməmək hissi bir çox xəstəliklər zamanı baş verə bilər, psixogen amillərlə də bağlı ola bilər, daxili orqanların xəstəlikləri zamanı da. Ürəkdə sıxılma da olanda ürək xəstəliyini istisna etmək lazımdır.
Sual verən: Rzayev Elcin Əlavə edilib: 2020-01-17 15:45:38
Doktor salam menim ureyimde ASD var 15mm ölçüde iki cur emeliyyati var aciq emeliyyatla tikmey birdeki perkütan transkateter sizce hansi usul daha yaxsi olar?
Cavab verən: Kardioloq / Rəna Səmədova
Salam. Defektin ölçüsündən başqa digər ölçüləri də nəzər almaq lazımdır və bunu kardiocərrahın özü ilə müzakirə etmək düzgündür. Hər 2 üsulla bağlanma mümkün olduqda adətən qapalı əməliyyata (transkateter) üstünlük verilir.
Sual verən: Vuqar Abbaszade Əlavə edilib: 2020-01-16 07:15:32
Salam hekim. Menim alnimda bawin yuxarisina yaxin yerde damar nebz kimi atir gunun bir cox vaxtlarinda. Demek olarki 4-5gune yaxindu. Bu neden ola biler?
Cavab verən: Kardioloq / Rəna Səmədova
Salam. Təzyiqi ölçün, yüksək təzyiqdən ola bilər. Soyuqdəymə keçirəndə mümkündür. Damarlarda autoimmun xəstəliklər zamanı da olur. Heç bir narahatçılıq yoxdursa (baş ağrısı və s.) sağlam insanlarda da ola bilər.
Sual verən: Lalə Əliyeva Əlavə edilib: 2020-01-15 14:12:00
Salam, həkim mənə panik atak diaqnozu qoyulub, nəfəs darlığım var, əyiləndə, tez tez gəzəndə bəzən də heçnə etməyəndə ürəyim tez tez döyünməyə başlayır, və təngnəfəs oluram.Bunun ürəklə əlaqəsi ola bilər?
Cavab verən: Kardioloq / Rəna Səmədova
Salam. Elə hallar olur ki, bizdə pasientlər özləri İnternetdə oxuyub panik atak olduğunu düşünürlər və ya nevroloqların, psixoloqların qəbulundan sonra onlara bu diaqnoz qoyulur, halbuki bir sıra hallarda yalnış olur. Kardioloqun qəbulu zamanı danışdığınızdan asılı olaraq bilinəcək ki, əlavə müayinələr, o cümlədən Holter monitorinqi lazımdır ya yox. Çünki bu halların müəyyən qismi paroksizmal ritm pozulmaları ilə bağlı olur. Əsl panik atak isə ürəklə bağlı deyil.
Sual verən: Aylan Qurbanova Əlavə edilib: 2020-01-15 09:40:15
Salam Dr menim qardasmin ureyinde problem var. Eseblesen kimi ureyi tutur. Hekim deyin eseb stress olmaz, amma bu onun ozunden asli deyil. Sebirsiz ve esebi adamdir. 1 il bundan once mini infarkt kecirmisdi, 7 ay once aile daxili mubahise zamani berk eseblesdi ve elini ureynin ustune qoyub yixildi. 13 gun hushsuz veziyyetde qaldi, hekimin dediyine gore obshirniy infakt kecirib. Indi de emeliyyat deyilir, bu risklidir ? Qardasmin 29 yasi var
Cavab verən: Kardioloq / Rəna Səmədova
Salam. 29 yaşında təkrar infarkt keçirmək üçün yanaşı xəstəliyi olmalıdır. Suallarınızı onun öz kardioloquna versəniz yaxşı olar, mən xəbərdar deyiləm hansı xəstəliyin fonunda bu hal baş verib. Əgər bilinən yanaşı xəstəlik yoxdursa axtarmaq lazımdır.
Sual verən: Nasirov Əlavə edilib: 2020-01-14 07:19:09
Salam həkim. Məndə mitral qapağın I, II dərəcəli pralapsı var. Belə xəstələrin əsas hansı şikayətləri olur? İş yerimdə fiziki cəhətdən ən zəif mənəm. Bu xəstəlik səbəb ola bilər?
Cavab verən: Kardioloq / Rəna Səmədova
Salam. Heç bir şikayət olmaya da bilər. Əsas mitral çatmamazlıq (requrgitasiya) olmasın. Əgər çatmamazlıq varsa dərəcəsini bilmək lazımdır.
Sual verən: İbrahimova Nazperi Əlavə edilib: 2020-01-13 17:15:18
Ureyim bezen cox tez-tez doyunur.Nefes almaqda cetinlik cekirem.Bedenim isini
Cavab verən: Kardioloq / Rəna Səmədova
Sual aydın deyil.
Sual verən: Xeqani zeynalzade Əlavə edilib: 2020-01-13 16:11:48
Salam hekim menim atamin 52 yaşı var hekime getdik dediler ureyinde işemik xesteliyi var bu ne demekdi? Mualiceyle sağala bilermi? Qorxuludurmu? Indiden teşekkürler!
Cavab verən: Kardioloq / Rəna Səmədova
Salam. Sağalma mümkün deyil, lakin müalicə mütləq lazımdır ki, həyatın keyfiyyəti yaxşılaşsın və fəsadların qarşısı alınsın.
Sual verən: Kerim Əlavə edilib: 2020-01-13 10:45:57
Salam, hekim cox sagolun cavablara gore. Sizin bu sayt Azerbaycanda yeganedir. Bugun holter monitorun neticelerine baxdiq orda gece bas veren hemin pauzalar eslinde pauza yox urek ritminin tezden qefil asagi vurmasi neticesinde yaranan haldir.meselen 80 vuran yerde qefil 50 ile vurub mende onu pauza kimi hiss etmishem. Dediler sinus arritmiyasidir, tehlukeli deyil. Emin olmaq ucun sizden sorushmaq isteyirem bu hal dogurdanmi tehlukeli deyil?
Cavab verən: Kardioloq / Rəna Səmədova
Salam. Düşünürəm başqa saytlarda da onlayn konsultasiya vardır. Suala gəldikdə cavanlarda bu hal təhlükəli deyil.
Sual verən: Lala Əlavə edilib: 2020-01-12 22:32:02
Doktor salam, mende cox vaxt geceler uzanan zaman birden ureyim sesli doyunmeye baslayir. Heyecanlanan zaman nece doyunur urek ve butun esidirsen ureyin sesini ele. Halbuki hecne de dusunmurem.
Cavab verən: Kardioloq / Rəna Səmədova
Salam. Holter monitorinqi edib bilmek olar nedir. Bəzi insanlara məlum olur ki ürək ritmi heç dəyişmir və onlar subyektiv olaraq elə hiss edirlər.
Sual verən: Kerim Əlavə edilib: 2020-01-12 20:47:19
Hekim, sinus pauzasi haqda kardioloqdan sorushdum chashdi qaldi, cavab vere bilmedi. Dusundumki yeqin bu haqda eshitmeyim. Ona gore sizden sorushmaq isteyirem mende axshamlar bash veren pauzalar sinus pauzasi ola biler? Elameti odurki yuxuya geden anda nebzimde pauza hiss edirem. Bir iki defe gunduzde bas verib. Bu pauzadan basqa hansi hal ola biler?
Cavab verən: Kardioloq / Rəna Səmədova
Adətən siz yazdığınız hallarda ekstrasistoliya olur və ekstrasistoliyadan sonra yaranan pauzanı hiss edirsiniz. Bəzi blokadalar da və qısa taxikardiya epizodları da oxşar simptomlar yarada bilir. Holter monitorinqi olunmalıdır. Pauza və ya blokada olduğu orada bilinəcək.
Sual verən: Kerim Əlavə edilib: 2020-01-12 19:22:14
Salam hekim, sinus pauzasi (ingilisce sinus arrest) deyilen urek pauzasi rast gelinen sindromdur? Yoxsa nadir bir sheydir?
Cavab verən: Kardioloq / Rəna Səmədova
Salam. Sinus arrest sinus pauzasının sinonimi deyil, sinus düyünün dayanmasıdır. Sinus pauzası digər səbəbdən də ola bilər. Cavanlarda nisbətən nadirdir, çox qoca insanlarda ehtimalı az deyil.
Sual verən: Arzu Əlavə edilib: 2020-01-12 16:00:16
Salam. Mende ureyin bezen tez-tez atması bir deyib san ki dayanacağı kimi olması nəfəsi bəzən çətin alma baş gicellenme halın pis olması özünnən getmə əllərin qıc olması yanı tərpətmək olmur..sizcə nədəndi?
Cavab verən: Kardioloq / Rəna Səmədova
Salam. Kardioloqun və nevroloqun konsultasiyası lazımdır. Diaqnoz bundan sonra məlum olacaq.
Sual verən: tamilla Əlavə edilib: 2020-01-12 13:56:53
salam doktor menim sol kureyimde iyne batma hissi olur ureyim suretle doyunur nefes almaq isteyirem ele bil ureyimde nese qalr sora kecir neden ola bier bu/
Cavab verən: Kardioloq / Rəna Səmədova
Salam. Ürəkdöyünmə tədricən başlayıb tədricən keçirsə narahat olmayın. Psixogen mənşəli əlamətlərə bənzəyir.
Sual verən: Aytac Əlavə edilib: 2020-01-09 07:11:01
Salam doktor. Menim 24yawim var bir nece aydirki ureyim sixilir,nefesin daralir ele bil, halim olmir elim ayagim esir ele bil sizce neden olar? Hara muraciet edim?
Cavab verən: Kardioloq / Rəna Səmədova
Salam. Ürək sıxılması, nəfəs daralması və halsızlıq olduğundan ürək xəstəliyini istisna etmək üçün kardioloqun qəbuluna getməlisiniz. Əldə və ayaqda əsmə ilə əvvəlcə nevroloqun qəbuluna getməyiniz məsləhətdir. Bu simptomlar hamısı bir biri ilə əlaqəli ola da bilər, olmaya da.
Sual verən: Orxan Şirinov Əlavə edilib: 2020-01-08 21:34:47
Salam Həkim.. 2 gün Polinknikada kardioqrammadan keçib kardioloqa meraciət etdim Bundan ömceki aylardada kardioliq yanında olub kardioqramma elətdirmişdim . Həkim ömcəki aylarada baxıb təzə kardioqrammayada baxıb məndə heçnə olmadığını dedi. Şikayetim Sol kürəyimdə sancmalar olur . Birdə bədənimdə damar atmaları çox olur məni nervipataloqa yönləndirdi bu düzgün yönləndirilmədi? Kardionevroz diaqnozu qoydu nervipataloq . Kardiomevrozda infankt risqi varmı?
Cavab verən: Kardioloq / Rəna Səmədova
Salam. Düzgündür, nevroloqa (nevropatoloqa) kürəyinizdəki ağrılara görə göndərib. Keçmişdə kardionevroz deyilən diaqnozun olması üçün ürək nahiyəsində ağrı olmalı idi.
Sual verən: Ofelya Şabanova Əlavə edilib: 2020-01-08 21:26:02
Salam.29 yaşim var.Kardioqramma etdirdim blokada var dediler.Ne etmeliyem ve neden qorunmaliyam
Cavab verən: Kardioloq / Rəna Səmədova
Salam. Sualınıza cavab vermək üçün gərək EKQ nəticəsində yazılanı bura köçürəsiniz. Çünki müxtəlif struktirların blokadasının əhəmiyyəti fərqlidir.
Sual verən: Nara Əlavə edilib: 2020-01-07 11:44:31
Men bundan evvel sual yazmisdim size. Qebula gelsem hansi muayinelerden kecmeliyem?
Cavab verən: Kardioloq / Rəna Səmədova
Qəbul zamanı məlum olacaq. Burada mən bəzən lazım olan müayinələrin adlarını yazıram, amma o dəqiq deyil, təxminidir, yalnız qəbul zamanı dəqiq bilinir.
Sual verən: Nara Əlavə edilib: 2020-01-07 11:04:19
Salam dr.mende psixoloji problemler yaranmisdi, bu gece yuxudan qorxaraq oyanmisham elimi qoluma nebzime atdim nebzim yox idi butun bedenimi ter basdi ve urekdoyuntusunu bogazimda hiss eledim. Bir nece degigeden sonra nebz yavas yavas geldi. Bu neyin elameti ola biler?
Cavab verən: Kardioloq / Rəna Səmədova
Salam. 1) Ola bilsin sizə elə gəlib ki, nəbz yox idi, əslində ürək ritmi normal olub. 2) Ola bilsin ki, doğrudan da ritm pozulması yaranıb. 3) Ürək ritminin pozulması başqa orqanların xəstəlikləri zamanı da ürəyə bu xəstəliklərin təsiri nəticəsində yarana bilər. Kardioloqun konsultasiyasına gedib ürək xəstəliyinin istisna olunması məsləhətdir.