Kondinsionerlər ölümcül bakteriyalar yayır   |   Qaradərili insanlar daha sakit olurlar   |   Xərçəngi insan yaradıb?   |   Xörəyi musiqi sədaları altında hazırla   |   Almanı qabıqlı yeyin   |   Bakteriyalar qadınları daha çox “sevir”   |   Linza seçərkən diqqətli olun   |   Siqareti tərgitmək üçün nə yeməli?   |   Passiv siqaret çəkmək əsəbləri pozur   |   Ana bətnində 4 gün donduruldu   |   Sitrus içkiləri böyrək daşının qarşısını alır   |   Ev işləri erkən doğum risqini artırır   |   Təbiətdə işləməyin xeyirli tərəfləri   |   Mavi gözlülərin genetik atası eyni olub   |   Qadınlar kişilərdən daha məsuliyyətlidir   |   Ana səsi sakitləşdirici gücə malikdir   |   İnternet qocalmanı sürətləndirir   |   Analar uşaqlarını daha çox əzizləməlidir   |   Piylənmə və artıq çəki problemi   |   Yalan danışan xanımlar tez-tez əl-üzlərini yuyurlar   |   Qız uşaqları daha çətin tərbiyə olunur   |   Xanımların gözəlliyi onlara yardım etmir   |   Siqaret və kofe "Parkinson"un qarşısını alır   |   Şirniyyatı çox yemək qadınların üzlərini qırışdırır   |   Çox düşünənlərin yaddaşı zəif olur   |   Kişilər həyat yoldaşlarını gözəlliyinə görə seçirlər   |   Böyük Britaniyada ağciyər qalmaqalı   |   Boşanma kişilərə də təsir edir   |   Oturaq iş qadınları qocaldır   |   Dünyanın ən xeyirli mətbəxləri   |   Kişilərin qadınlarda görmək istədiyi rənglər hansılardır?   |   Mobil telefon qulaqda əlavə səs yaradır   |   Əkizlər ana bətnində dostlaşırlar   |   İdman depressiyanın dərmanıdır   |   Ana südü xərçəngə qarşı   |   Sağlamlığa zərərli qidaların siyahısı hazırlandı   |   Süni şəkər əvəzediciləri şişmanlığa səbəb olur   |   Tənhalıq xərçəngə səbəb olur   |   İtlər xanımlarda allergiya risqini azaldır   |   Günəbaxan tumları insanı cavanlaşdırır   |   Ürək ağılarına biğanə yanaşmayın   |   Öpüşmə bəzi mikroblara qarşı immunitet yaradır   |   Antibakterial sabunlar sağlıq üçün zərərlidir   |   Təzyiq altında yaşamayın   |   Yasəmən ətri əsəbləri sakitləşdirir   |   Gecə təngnəfəsliyi ölümə gətirib çıxarır   |   Alimlər bioloji həyatın mənbəyini tapıblar   |   Yaşın fərqi varmış   |   Tüstüsüz siqaret kəşf edildi   |   Yemiş stressin dərmanıdır   |   
Xəstəliklər ensiklopediyası
23.11.2013
Yoğun bağırsağın hər bir bölgəsində - kor bağırsaq; qalxan, köndələn və enən çənbər, S-ə bənzər və düz bağırsaqda xərçəng inkişaf edə bilər. Yoğun bağırsağın ayrı-ayrı hissələrinin xərçəngi birlikdə kolorektal xərçəng də adlanır. Amerika Xərçəng Cəmiyyətinin məlumatına görə hər il 112.000 insanda yeni yoğun bağırsaq, 40.000 insanda isə düz bağırsaq xərçəngi aşkar edilir.
10.07.2013
Ürəyin İşemik Xəstəliyi (miokard işemiyası) geniş yayılmış bir patologiyadır. Təkcə Amerika Birləşmiş Ştatalarında 14 milyon insan bu xəstəlikdən əziyyət çəkir.Sizin koronar arteriyalarınız urəyinizi qidalandıran və oksigenlə təchiz edən damarlardır. Bu damarların piy hissəcikləri ilə tutulması və ya hər hansı bir formada zədələnməsi ürəyinizin qidalanmasını pozur.
01.12.2013
Ətrafların (əl-ayaq) çıxığı o hallarda baş verir ki, zədə zamanı sümüklərdən biri oynaq çuxurunu dağıtmış olur və oynaq çuxurundan sürüşüb çıxır. Sümük çıxığının ümumi əlamətlərinə aşağıdakılar aiddir : oynağın ümumi konturunun pozulması, yerindən çıxmış sümüyün təzə yerdə önə keçməsi, sümük çıxıntısı olan ətrafın qısalması yaxud uzanması, oynaqda ağrının artması, aktiv hərəkətlərin pozulması və passiv hərəkətlərin
21.04.2014
Ailələr çox vaxt uşaqları ilə əlaqədar “Sevdiyi şeylərə diqqət göstərir, amma dərslərinə gəlincə işləmək istəmir” deyə şikayətlənirlər. Amma siz bunun bir xəstəlik olduğunu bilirsinizmi? Uşaqlar ümumiyyətlə sevdikləri hər hansı bir şeyə diqqətlərini verdikləri zaman beyinlərindəki ön bölgə sisteminin primitiv refleksindən istifadə edirlər. Bu, beynin dərinliyində qorunmuş bir mərkəzdir və asanlıqla təsirlənməz. Beynin ön bölgəsində bir çətinlik meydana gəldikdə isə diqqət dağılır və konsentrasiya pozulur. Bu vəziyyət isə ailə içində ‘uşağım dərsə hazırlaşmaq istəmir’ deyə şərh olunur. Psixiatrlar bu məsələ ilə bağlı, “Diqqət, konsentrasiya mərkəzimiz beynimizin ön bölgəsindədir. Bu mərkəzdə çətinlik, problem və ya pozuqluq səviyyəsində ola bilər. Akademik məlumatı öyrənə bilməyimiz üçün diqqət və konsentrasiyamızın normal səviyyədə olması lazımdır” deyirlər.
10.07.2013
Burun boşluğu selikli qişasının iltihabı rinit adlanır. Azərbaycanca buna zökəm də deyilir. Ümumiyyətlə dünya əhalisinin 15 - 20%-i rinitin müxtəlif formalarından əziyyət çəkir. Bununla da rinit əhali arasında ən geniş yayılmış xəstəlikdir.Rinit, onu törədən səbəblərdən asılı olaraq sərbəst (qeyri-spesifik) xəstəlik kimi və ya müxtəlif xəstəliklər (spesifik) zamanı özünü göstərir.
09.04.2014
Pnevmoniya yaşlılar, xronik xəstəliyi olanlar və immun sistemi zəif olanlar üçün təhlükəli ola bilər. Eyni zamanda pnevmoniya cavan, sağlam şəxsləri də zədələyə bilər. Uşaqlarda ölüm törədən əsas xəstəliklərdəndir. Pnevmoniyaların bir çox növləri öz ağırlıq dərəcəsinə görə orta və ağıra qədər dəyişir. Xəstəxana daxilində olarkən əmələ gələn pnevmoniyalar xüsusən virulent və ölümcül olur. Bir çox pnevmoniyalar qəfil əmələ gəlir, sinədə ağrı, temperatur, öskürək, bəlğəmlə və qısalmış tənəffüslə xarakterizə olunur.
23.11.2013
Erkən eyakulyasiya - kişilərdə sperma xaricolmanın həddindən tez (3 dəqiqədən az ) baş verməsidir. Bu hal normal potensiyalı kişinin orqazmı idarə edə bilməməsi nəticəsində yaranir. Yəni, eyakulyasiya cinsi əlaqə zamanı hər iki tərəfin istədiyindən tez bas verir. Erkən eyakulyasiya (boşalma) kişi seksual problemləri arasında ən geniş yayılmışlardan biridir.
Şəfalı meyvə və çərəzlər
21.06.2013
Meyvələrindən, yarpaqlarından və yağından istifadə olunur. Belə hesab edilir ki, şaftalının meyvələri sakitləşdirici, bir qədər işlədici və sidikqovucudur. Qusmanın qarşısını almaq qabiliyyəti vardır. Qidanın yaxşı həzm olunmasına kömək edir.
23.06.2013
Alma gözəl pəhriz və müalicə ərzağıdır. Hələ qədim zamanlardan bilirdilər ki, gecə yeyilən alma sakit və yaxşı yuxu gətirir və mədəni yumşaq edir. Keçən əsrdə almanı belə qiymətləndirirdilər: «Təzə alma, onun qaxı və bişmişi dadlı və faydalı ərzaq məhsuludur. O, qan azlığında və təngənəfəslikdə faydalıdır, əsəbləri sakitləşdirir və beyinin fəaliyyətini yaxşılaşdırır».
21.06.2013
Limon hipo, avitominozda və aterosklerozda profilaktik müalicə vasitəsidir. 18-ci əsrdə İngilis donanmasında uzun səfər zamanı matroslara gündə 30 q limon şirəsi qəbul etmək məcburi sayılırdı ki, bu da onları sinqa xəstəliyindən qoruyurdu. Keçən əsrdə limonu taun xəstəliyindən qoruyan və ilan zəhəri əleyhinə vasitə hesab edirdilər.
22.06.2013
Təzə və qurudulmuş qara gavalı təbabətdə yüngül işlədici kimi istifadə edilir. Qədim təbabətdə gavalını uzun sürən qəbizlikdə, mədə qıcqırmasında, aterosklekrozda, böyrək xəstəliklərində və revmatizmdə məsləhət görürdülər. O, iştaha artıran, mədə ağrısını kəsən və sidikqovucu kimi işlədilirdi. Gavalı hamıya xeyirlidir, xüsusən, bağırsaqları zəif işləyənlərə.
22.06.2013
Tut
Ağ tutun meyvələri yaxşı qan əmələ gətirən vasitədir (onda dəmirin miqdarı çox olduğu üçün), maddələr mübadiləsinin normal hala düşməsinə kömək edir, zəif işlədicidir, tərlədici, sidikqovucu və bəlğəmgətirici təsirə malikdir. Azərbaycanda ağ tutun bəkməzindən qaraciyər və qan azlığı xəstəliklərində geniş istifadə edilir.
22.06.2013
Yarpaqları çiçəkləmə dövründə yığılır, dəstə şəklində bağlanıb, təmiz havada kölgədə asılaraq qurudulur. İnsanlar çiyələkdən hələ eramızdan əvvəl istifadə etmişdilər. Çiyələk pəhriz ərzağı kimi qaraciyər, ürək, böyrək xəstəliklərində və avitaminozda C vitamininin mənbəyi kimi məsləhət görülür.
22.06.2013
Bananda C, B1, B2, PP, E vitaminləri, şəkər, karotin və fermentlər vardır. o, üzvi, xüsusilə alma turşuları, efir yağları və mədə - bağırsaq xəstəliyində faydalı, nişasta ilə zəngindir. Kalium bananda xüsusilə çoxdur, belə ki, orta ölçülü bananda onun miqdarı 450 mq-a qədər olur.
Qadın dünyası
11.12.2013
Göz kölgəsindən istifadə etmədən əvvəl göz qapaqlarınızı mütləq hazırlayın – biraz tonlaşdırıcı krem ya da açıq rəngli qapatıcı və üzərinə yüngülvari pudra ilə. Fırçanızı tam olraq doldurmayın, yüngülvari ton verərək başlayın və kölgələri getdikcə istəyə görə tündləşdirin.
21.05.2014
Yayda insanın dərisi daha çox yad təsirlərə məruz qalır və təbii ki, bu təsirlər fəsadsız ötüşmür. Bunun üçün də cildə xüsusi qulluq lazımdır. Bir çoxlarıçətin və bahalı prosedurlar olduğuna görə, buna əhəmiyyət vermir. Amma evdə əlinizin altında olan məhsullarla özünüz möcüzələr yarada bilərsiniz.
11.12.2013
22 yaşından sonra hər qadın heç olmasa ayda bir dəfə kosmetoloqa müraciət etməlidir. Çünki artıq orqanizmdə bioloji qocalma prosesi başlayır. Bu problemi yaradan başlıca səbəblər cod su və günəş işığıdır.
21.05.2014
Gözlərin ətrafını qırışlardan təmizləmək və onları təravətli saxlamaq üçün 3 maska resepti təqdim edirik. Onlarin hazırlanması və istifadə qaydası çox asan olduğundan inanırıqki rahat faydalana biləcəksiniz.
11.12.2013
Alma sirkəsi təkcə mətbəxdə istifadə edilmir, həmçinin saç tellərinin güclənməsini təmin edərək, dəridəki məsamələrin "nəfəs alması"na da kömək edir, kəpək problemini aradan qaldırır. Mütəxəssislər parlaq saçlar üçün sirkə maskasını tövsiyə edirlər.
27.01.2014
Hər bir insan gec və ya tez özünə belə bir sual verir – cavanlığımı necə qoruyum? Bu suala cavabı psixoloq və dietoloqlardan ibarət həkimlər qrupu tapıb. Onların ixtira etdikləri 10 məsləhətdən ibarət cavanlıq resepti özündə saglam həyat tərzini əks etdirir. Həkimlər əmindirlər ki, deyilən məsləhətlərə əməl etməklə qocalmanı dayandırmaq, ömrü isə xeyli uzatmaq mümkündür.
11.12.2013
Rusiya mətbuatının verdiyi məlumata görə, amerikalı alimlərin araşdırması il ərzində 1 qadının kosmetikadan 2,5 kiloqramadək kimyəvi maddə udduğunu müəyyənləşdirib. Araşdırma müəlliflərinin sözlərinə görə, əksər qadınlar 1 gündə orta hesabla 20 müxtəlif kosmetik preparatdan istifadə edir.
Şəfalı bitkilər
20.06.2013
Üzərlik bəlğəmgətirici еffеktə malikdir və soyuqdеymələrdə faydalıdır. Ondan başqa üzərlik həlimi yaddaşı möhkəmləndirir, nеvralgiyada və baş ağrılarında xеyirldir. 30 q döyülmüş üzərliyi 120 q suda qarışdıraraq qaynadırlar, sonra həlimi 90 q bal və 60 q küncüt yağı ilə qarışdırılar. O, astma və yaş öskürəkdə xеyirlidir.
20.06.2013
Onun həlimi cinsi qabiliyyəti artırır, sidikqovucudur, öskürəyə və ağ ciyərlərin iltihabına qarşı xеyirlidir. Üyüdülmüş anasiklüs kökünün naşatırla qarışığından hazırlanmış mərhəm yanıqlarda xеyirlidir. Bu mərhəm həmçinin kişilərdə cinsi şəhvətin artmasına xidmət еdir.
20.06.2013
Zanbaq ətri qadınlarda еhtiras hissi oyadır. Mis qabda bişmiş zanbaq yumrularının həlimi 1/5 hissə sirkə və balla qarışdırılarsa, bеlə mərhəm yaranı təmizləyir və öz təsirinə görə süsən yağına yaxındır. Bu dərmanı uşaqlıqda olan ağrılarda və nеvralqiyada tətbiq еtmək olar.
20.06.2013
Dəvətikanının mannası cinsi həvəsi artırır, öskürəkdə, sinə ağrılarında, ürəkbulanmada, güclü titrəmə-qızdırmada və susuzluqda xеyirlidir. Kərə yağı ilə manna sidik tutulmasında da xеyirlidir. Dalaq üçün zərərlidir. Onun zərərini tamarind toxumları və innab aradan qaldırırlar.
20.06.2013
Kökünün pastası qurdqovucu təsirə malikdir. Dazıotunun həliminin vannası prolapsda istifadə olunur və uşaqlıq şişlərini sovurmaq qabiliyyətinə malikdir. Dazı otunun məlhəmi zеytun yağı ilə babasilə xеyirlidir. Həddən artıq qəbul еtdikdə daxili orqanlarda kеçməzlik yaradır.
20.06.2013
Bu bitkinin yarpaqlarındın hazırlanan mərhəm irinli yaraları müalicə еdir, həşəratlar dişləyərkən xеyirlidir. Həlimini içmək və həmçinin yarpağının tozu ilə inək sümüyünün iliyini qarışdırıb başa komprеs qoymaq və məlhəm sürtmək baş ağrısına xеyirlidir.
20.06.2013
Ləçəkələrinin həlimi ilə ağız yaxalansa, damaqları möhkəmlədər. Quru ləçəklərinin tozu ilə bağlanan sarğı dəri cızılmasında və yaralarda yarasağaldıcı təsirə malikdir. Qızılgülün tər ləçəklərinin komprеsi dəriyə daxil olan mеtal əşyaları və tikanları özünə çəkir.
Xalq təbabətindən seçmələr
Öddə daş xəstəliyi
1 çay qaşığı quru nanə yarpağını 1 stəkan qaynar su olan çini çaynikə tökürlər, 10-12 dəqiqə saxladıqdan sonra gündə 2-3 dəfə yеməyə 30 dəqiqə qalmış ½ stəkan həzm pozulduqda, öd kisəsində daş olduqda, yuxusuzluqda, əsəb, ürək və başqa xəstəliklərdə içmək lazımdır.
Cavanlaşdırıcı üsul (tibеt cövhəri)
Yarım litrlik şüşəyə 1 baş təmizlənmiş və xırdalanmış sarımsaq tökərək üzərinə 2 stəkan araq əlavə еdirlər. Bu cövhəri təzə doğmuş aypara və bütöv ay fazaları arasında hazırlayırlar. Butulkanı gündə 2 dəfə səhər və axşam çalxalayırlar. Göstərilən vaxt bitəndə cövhəri diqqətlə süzgəcdən kеçirərək soyuq yеrə qoyurlar. Bu cövhərdən səhər və axşam 10-12 damcı qəbul еtdikdən sonra üstündən 1/2 stəkan süd içmək lazımdır.
İrin
Əgər başda irin əmələ gələrsə, onu mərsin yağı ilə sürtsən, irini yox еdər. Böyürtikanın xırdalanmış yarpaqlarından məlhəm hazırlayaraq başdakı irinli yaranın üzərinə qoylsalar, bu, yaranın çirkini təmizləyər.
Tibbi ulduz falı