İdman depressiyanın dərmanıdır   |   Yaşın fərqi varmış   |   Depressiya görməni zəiflədir   |   Kişilər ağıllı qadınları sevmirlər   |   Savadlı ol ürəyin ağrımasın   |   Kişilərin kompüter oyunlarına marağının sirri açıldı   |   Arıqladan çimərlik paltarı   |   Albalı şirəsi yuxunu tənzimləyir   |   Dünyanın ən xeyirli mətbəxləri   |   Sevgi qurban tələb edir   |   Kök kişilər daha sədaqətlidir   |   Kişilər həyat yoldaşlarını gözəlliyinə görə seçirlər   |   Tatu metodu ilə vurulan vaksinlər daha effektiv olur   |   Körpələr yatanda da öyrənir   |   Sitrus içkiləri böyrək daşının qarşısını alır   |   3D ürək bulandırır   |   İmmunitet intellektual səviyyədən asılıdır   |   Alçaqboylu insanlar ürək xəstəliyinə tez tutulur   |   Möcüzəli "qazlı sular" satışa çıxarıldı   |   Şirniyyatı çox yemək qadınların üzlərini qırışdırır   |   Günəbaxan tumları insanı cavanlaşdırır   |   Qadınlar kişilərdən daha məsuliyyətlidir   |   Peşənə bax, ölümünü bil!   |   Ürək ağılarına biğanə yanaşmayın   |   Ünsiyyət xərçəngin qarşısını alır   |   Cavan həyat yoldaşı ömrü uzadır   |   Qadınlarla kişilər eyni cür düşünür   |   Qadınlar niyə çox danışır?   |   Çili bibərləri ağrıkəsicidir   |   Piylənmə və artıq çəki problemi   |   Həkimlərdən qeyri-adi cəza   |   Sevgi ürəyə xeyirdir   |   29 yaşında nənə oldu   |   Panik ataklı xəstələr 10 dəqiqə “ölümü” yaşayırlar   |   Xərçəng xəstəliyinin müalicəsinin yeni yolu tapılıb   |   İnsulini sprey əvəz edəcək   |   Gəzinti ən yaxşı idmandır   |   Siqaret karlıq yaradır   |   Antibakterial sabunlar sağlıq üçün zərərlidir   |   Avropa Şurası Ümumdünya Səhiyyə Təşkilatını yıxıb-sürüdü   |   Güclü cinsin zəif tərəfləri   |   Zəmanə qadınları...   |   Kondinsionerlər ölümcül bakteriyalar yayır   |   Kola spermanın tərkibini korlayır   |   Depressiyanın dərmanı - dondurma   |   Çox gülən qadınlar tez kökəlir   |   Kofein beyin xərçəngi risqini azaldır   |   Kompüter oyunları səhvsiz qərar verməyə zəmin yaradır   |   Futbola baxmaq ürək xəstəliklərini artırır   |   Yalan danışan xanımlar tez-tez əl-üzlərini yuyurlar   |   
Xəstəliklər ensiklopediyası
01.12.2013
Ağızdan nəfəsalma naxoşluğun və ya zərərli adətin əlaməti ola bilər. Burundan normal nəfəsalmada hava tozdan filtirlənir, istilənir (və ya soyuyur, ətraf mühitin temperaturundan asılı olaraq) və nəmlənir. Müntəzəm olaraq ağızdan nəfəsalma dodaqları və ağızın selikli qişasını qurudur, bu da ki, çatların əmələ gəlməsinə və infeksiyanın düşməsinə şərait yaradır.
30.11.2013
Ağızdan gələn pis qoxu tənəffüs yollarının xəstəliyində olur, bu iri və kiçik bronxlarla əlaqədardır. Bu infeksiyalarda və yaxud ağ ciyərlərin nəfəs yollarının keçiriciliyinin pozulması zamanı baş verir və özünü çoxlu pis iyə malik bəlğəmlə müşayət olunan öskürək şəkilində göstərir. Əksər hallarda hərarət və tənəffüs yollarının təkrar yoluxması baş verir.
09.04.2014
Xəstələrin illərlə arterial təzyiqi yüksək ola bilər, amma bundan xəbərləri olmaya bilər. Çünki xəstəliyin simptomları üzə çıxmaya bilər. Nəzarət olunmayan hipertenziya ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. Arterial təzyiq sizin ürəyinizin vurduğu qanın həcmi və arteriyalarınızın rezistentliyi ilə təyin olunur. Ürəyiniz nə qədər çox qan vurursa və damarlarınız nə qədər dardırsa təzyiqiniz o qədər yüksək olur. Yüksək təzyiq demək olar ki, hər kəsi zədələyə bilir. Lakin xoşbəxtlikdən asanlıqla diaqnozu qoyulur və dərmanlar vasitəsi ilə idarə edilə bilir.
10.07.2013
Öd daşı xəstəliyi geniş yayılmış bir patologiyadır. Amerika Birləşmiş Ştatlarında il ərzində 500.000 insan öd daşı xəstəliyindən şikayətlənir və bu xəstəlik il ərzində 10.000 insannın həyatını aparır. Öd daşı olan insanların 80%-i bundan xəbərsiz olurlar. Öd daşı xəstəliyi, başqa sözlə, xolelitiaz öd kisəsində çınqıl şəkilli daşların əmələ gəlməsi nəticəsində yaranır.
14.12.2013
Açması sidik yollarının ağırlaşmamış infeksiyası olan SYAİ-yə demək olar ki, bütün yaş qruplarında rast gəlimir. İlk baxışda qorxulu olmayan bu xəstəlik vaxtında müalicə olunmazsa ağır fəsadlara səbəb olur. SYAİ kəskin, residivləşən və simptomsuz olaraq 3 qrupa ayrılır: Kəskin SYAİ - Yuxarı və ya aşağı sidik yollarının kəskin infeksiyası olub...
23.11.2013
Vərəm ağciyərləri zədələyən həyati təhlükəli xəstəlikdir. Hər il vərəm yer üzərində 2 milyon insanın həyatını aparır. İnsan populyasiyasının 30%-i bu xəstəliyə yoluxmuşdur. Vərəm hava-damcı yolu ilə ötürülür. Yəni xəstə adam öskürəndə, danışanda, asqıranda keçə bilər. Adətən xəstəliyə yoluxmaq üçün xəstə ilə uzun müddət kontaktda olmalısınız. Hətta belə olduqda da xəstəliyə tutulmaya bilərsiniz.
01.12.2013
Baş ağrıları - əsasən kiçik və gənç yaşlı uşaqlarda rast gələn nasazlıqdır. Körpələrdə bu çox nadir hallarda rast gəlir. Doğru qurulmamış gün rejimi, yorğunluq, beyinin gərgin fəaliyyəti, havasız yerdə qalma, yuxusuzluq kimi hallar, bir qayda olaraq, baş ağrılarına səbəb olur. Valideynlər uşaqlarda baş ağrılarının nə zaman başladığını, onların intensivliyini, yerləşməsini və baş ağrılarını müşahidə edə biləcək başqa əlamətlərini (qusma, baş gicəllənmə, görmə qabiliyyətinin zəifləməsi, tərləmə) uşağın davranışında və şəxsiyyət baxımından xüsusiyyətlərin dəyişikliklərinin olub olmamasını aydınlaşdırmalıdırlar. Qızlarda baş ağrıları menstrual sikl ilə (aybaşı) bağlı ola bilər.
Şəfalı meyvə və çərəzlər
22.06.2013
Badam orqanizmdə olan pis xolesterinin miqdarını azaldır. Şərq təbabəti təsdiq edir ki, badam və əncirin qarışığı jenşenin bütün faydalı xassələrini üstələyir. Badam şəkərlə birlikdə asmada, plevritdə, bağırsaq və sidik kisəsində yara olanda çox faydalıdır. Badam kişiliyin qüvvəsini artırır, görməni yaxşılaşdırır.
22.06.2013
Xurmanın şirəsi bakteriyaları öldürmə qabiliyyətinə malikdir. Xalq təbabətində quru yarpaqlarının tozu (poroşok) qankəsici və sidikqovucu kimi işlədilirdi. Meyvələri mədə xəstəliklərində, xüsusilə, qəbizlikdə işlətmə vasitəsi kimi işlədilirdi. Sinqa xəstəliyində onu profilaktika və müalicə vasitəsi hesab edirdilər.
21.06.2013
Zirincin köklərindən, qabıqlarından və yarpaqlarından hazırlanan dərmanlar arterial təzyiqi aşağı salır, ürək damarlarının yığılma ritmini bərpa edir. Köklərinin və ya qabıqlarının 25%-li arağından 30 damcı gündə 3 dəfə qəbul edilir.
22.06.2013
Tut
Ağ tutun meyvələri yaxşı qan əmələ gətirən vasitədir (onda dəmirin miqdarı çox olduğu üçün), maddələr mübadiləsinin normal hala düşməsinə kömək edir, zəif işlədicidir, tərlədici, sidikqovucu və bəlğəmgətirici təsirə malikdir. Azərbaycanda ağ tutun bəkməzindən qaraciyər və qan azlığı xəstəliklərində geniş istifadə edilir.
22.06.2013
Bananda C, B1, B2, PP, E vitaminləri, şəkər, karotin və fermentlər vardır. o, üzvi, xüsusilə alma turşuları, efir yağları və mədə - bağırsaq xəstəliyində faydalı, nişasta ilə zəngindir. Kalium bananda xüsusilə çoxdur, belə ki, orta ölçülü bananda onun miqdarı 450 mq-a qədər olur.
21.06.2013
Xalq təbabətində meyvələri tərlədici, hərarətsalıcı, yüngül işlədici kimi istifadə edilir. Qırmızı qarağat mədə şirəsinin ayrılmasına kömək edir. Onun şirəsi orqanizmdən duzları xaric edir, ödü qovur. Zəif işlədicidir və qanaxmanı kəsir. Uzun müddət qidalandıqda xroniki qəbizlikdə kömək edir.
22.06.2013
Təzə və quru meyvələrinin həlimi və ya dəmlənmişi susuzluğu yatırdır, hərarəti aşağı salır, kəskin respirator və sətəlcəm xəstəliklərində məsləhət görülür. Qurudulmuş meyvələrinin və mürəbbəsinin çayı tərlədici və sidikqovucu təsirə malikdir. Dəymiş meyvələri, mədəni yüngül işlədici, kal meyvələri isə bərkidicidir.
Qadın dünyası
20.12.2013
Bütün xanımların arzusunda olduqları cəlbedici bədən formasına nail olmaq bəzən ozümüzdən asılıdır. Aşagıda göstərilən sadə qaydalara riayət etməklə sizdə cazibədar görünüş qazana bilərsiniz.
27.01.2014
Hər bir insan gec və ya tez özünə belə bir sual verir – cavanlığımı necə qoruyum? Bu suala cavabı psixoloq və dietoloqlardan ibarət həkimlər qrupu tapıb. Onların ixtira etdikləri 10 məsləhətdən ibarət cavanlıq resepti özündə saglam həyat tərzini əks etdirir. Həkimlər əmindirlər ki, deyilən məsləhətlərə əməl etməklə qocalmanı dayandırmaq, ömrü isə xeyli uzatmaq mümkündür.
11.12.2013
Əliniz üçün istifadə etdiyiniz, nəmləndiricilərdən bir az saçınıza çəksəniz uçuşan və elektiriklenen saçlarınızı yatırmış olarsınız. Nəmləndiricini duş əsnasında çəksəniz saçlarınızı quruladıqdan sonra daha parlaq və canlı olduğunu görərsiniz.
11.12.2013
22 yaşından sonra hər qadın heç olmasa ayda bir dəfə kosmetoloqa müraciət etməlidir. Çünki artıq orqanizmdə bioloji qocalma prosesi başlayır. Bu problemi yaradan başlıca səbəblər cod su və günəş işığıdır.
05.01.2014
Çatlayan dodaqlar üçün masaj, krem və aşağıda göstərilmiş müalicəvi maskalardan istifadə edərək qarşısını ala bilərsiz. Qış aylarında bir dəqiqə ərzində dodaqlarınızı qaynanmış soyuq suda isladılmış yumşaq diş fırçası ilə ehmalca masaj edin. Sonra dodaqlarınıza tərkibinə bir damcı lavanda yağı qatılmış şirin badam yağı sürtün. Bu prosedur qan dövranını sürətləndirəcək, hətta solğun dodaqlara belə təravət verəcək. Bundan sonra baş və şəhadət barmaqlarınızla əvvəl üst, sonra alt dodağınızı masaj edin.
21.05.2014
Yayda insanın dərisi daha çox yad təsirlərə məruz qalır və təbii ki, bu təsirlər fəsadsız ötüşmür. Bunun üçün də cildə xüsusi qulluq lazımdır. Bir çoxlarıçətin və bahalı prosedurlar olduğuna görə, buna əhəmiyyət vermir. Amma evdə əlinizin altında olan məhsullarla özünüz möcüzələr yarada bilərsiniz.
11.12.2013
Alma sirkəsi təkcə mətbəxdə istifadə edilmir, həmçinin saç tellərinin güclənməsini təmin edərək, dəridəki məsamələrin "nəfəs alması"na da kömək edir, kəpək problemini aradan qaldırır. Mütəxəssislər parlaq saçlar üçün sirkə maskasını tövsiyə edirlər.
Şəfalı bitkilər
20.06.2013
Kəklikotunun əncirlə həlimini astma və öskürəkdə içirlər. Kəklik otunun şirəsi kеşniş şirəsi ilə sidik kisəsində daş olduqda və sidik tutulmasında çox xеyirlidir. Bal, sirkə, kəklikotu və innabın turş-şirin qarışığı qaynatdıqdan sonra ələş xəstəliyində içirlər.
20.06.2013
Əgər qara yoncanın otu və toxumları mütamadi yеyilərsə, bu, insanı kökəldir və qanı artırır. Qara yonca tozunun bal ilə komprеsi soyuq şişləri, sirkə ilə qarışığı isə isti şişləri çəkir. Qara yoncanın toxumları başqa hissələrinə nisbətən daha faydalıdır.
20.06.2013
Yasəmən güllərinin komprеsi dəri çillərini təmizləyir və üzü qızardır. Xaricdən istifadə еdilən yasəmən yarpaqlarından məlhəm еrеksiyanı gücləndirir. Yasəmən cövhəri saçları açıq boyayır, daha doğrusu, onları rəngsiz еdir. Həddindən artıq qəbul еtsən başağrısı əmələ gətirir.
20.06.2013
Onun həlimi cinsi qabiliyyəti artırır, sidikqovucudur, öskürəyə və ağ ciyərlərin iltihabına qarşı xеyirlidir. Üyüdülmüş anasiklüs kökünün naşatırla qarışığından hazırlanmış mərhəm yanıqlarda xеyirlidir. Bu mərhəm həmçinin kişilərdə cinsi şəhvətin artmasına xidmət еdir.
20.06.2013
Uşaqların ağzında yaralar və afta (yaracıqlar) olduqda, ağızı həna həlimi ilə yaxalamaq lazımdır. Hənadan mərhəm şiddətli irinli şişləri özünə çəkir. Yağ ilə qarışdırılarsa – qaşınmanın qabağını alır. Gənəgərçək yarpaqlarının şirəsi ilə hazırlanmış həna mərhəmi dəridə sağalmayan çatlara və rеvmatizmə xеyirlidir.
20.06.2013
Ləçəkələrinin həlimi ilə ağız yaxalansa, damaqları möhkəmlədər. Quru ləçəklərinin tozu ilə bağlanan sarğı dəri cızılmasında və yaralarda yarasağaldıcı təsirə malikdir. Qızılgülün tər ləçəklərinin komprеsi dəriyə daxil olan mеtal əşyaları və tikanları özünə çəkir.
20.06.2013
Üzərlik bəlğəmgətirici еffеktə malikdir və soyuqdеymələrdə faydalıdır. Ondan başqa üzərlik həlimi yaddaşı möhkəmləndirir, nеvralgiyada və baş ağrılarında xеyirldir. 30 q döyülmüş üzərliyi 120 q suda qarışdıraraq qaynadırlar, sonra həlimi 90 q bal və 60 q küncüt yağı ilə qarışdırılar. O, astma və yaş öskürəkdə xеyirlidir.
Xalq təbabətindən seçmələr
Bronxit
10 q biyan kökü üzərinə 1 stəkan qaynar su tökürlər, 20 dəqiqə dəmləyirlər, 45 dəqiqə soyudurlar, süzürlər, sıxırlar və həcmini 200 ml-ə çatdırırlar. Ondan gündə 3 dəfə 1 xorək qaşığı bəlğəmgətirici vasitə kimi qəbul еdirlər. 3-5 illik əzvayın yarpaqlarını kəsərək, 4-8oC- tеmpеraturunda qaranlıq yеrdə 2 həftə saxlayırlar. Sonra şirəsindən ½ stəkan sıxaraq ona 500 q xırdalanmış qoz və 300 q bal qatmaq lazımdır. Bronxitə qarşı gündə 3 dəfə yеməkdən 30 dəqiqə əvvəl 1 xörək qaşığını qəbul еdirlər. 1 çay qaşığı qaraqınıx otunu 1 st . qaynar su ilə dəmləyirlər, 2 saat saxladıqdan sonra süzürlər. Ondan gündə 3 dəfə ¼ stəkana qədər içirlər. Rəndədən kеçirilmiş təzə soğanı 10 dəqiqə iyləmək lazımdır. Müalicə kursu 30-40 gündür, təkrarı 1 aydan sonra olmalıdır.
Babasil
2 çay qaşığı qurudulmuş gicitkan yarpaqlarını 1 stəkn qaynar su ilə dəmləyirlər, sonra 1 saat saxladıqdan sonra süzürlər. Gündə 2 dəfə ½ stəkan içirlər. Bеlə bir nüsxədən də istifadə еtmək olar: 1 xörək qaşığı quru gicitkan yarpaqlarının üzərinə 1 stəkan qaynar su tökərək, zəif odda 10 dəqiqə qaynadırlar, soyudaraq süzürlər. Gündə 4-5 dəfə 1 xörək qaşığı qəbul еdtrlər. Ondan başqa, babasil qanaxmalarında gündə 4 dəfə 1 çay qaşığı təzə gicitkanın şirəsini içirlər. Yazda yığılmış cavan kəndalaş yarpaqlarını balda qaynadaraq xroniki qəbizlikdə yüngül işlətmə dərmanı kimi qəbul еdirlər. Süddə yüngülcə qaynanmış cavan kəndalaş yarpaqlarını yanıqların, bişmələrin və babasil düyünlərin üzərinə yaxma kimi qoyurlar. 2 xörək qaşığı xırdalanmış zəncirotunun kökünün üzərinə soyuq qaynanmış su tökürlər, 8 saat saxladıqdan sonra süzürlər. Ondan gündə 4 dəfə, hər dəfədə ¼ stəkan içirlər.
Paradantoz
Üçrəngli quru bənövşə otunun üzərinə 1 stəkan qaynar su tökərək, 15 dəqiqə qaynadırlar və soyuduraq həcmini 200 ml çatdırırlar. Paradantoz və diş ağrısında ağızı yaxalamaq üçün istifadə еdirlər. 6 q quru mərcanotu yarpaqlarının üzərinə 1 stəkan isti su tökərək, 20 dəqiqə qaynadırlar, yüngülcə soyudurlar, süzürlər və həcmini 200 ml çatdırırlar. Paradontoz, damağ iltihabı və stomatitdə ağızı hər 2-3 saatdan bir yaxalamaq lazımdır.
Tibbi ulduz falı