Möcüzəli "qazlı sular" satışa çıxarıldı   |   Xoşbəxtlik qadınları zəif edir   |   Qohum nikahlarına "yaşıl işıq"   |   Qadınlar, ərlərinizlə mübahisə edin!   |   Təmiz havada gəzmək intellektual səviyyəni artırır   |   İtlər xanımlarda allergiya risqini azaldır   |   İnternet qocalmanı sürətləndirir   |   Hirsli qadınlar özlərini yaxşı hiss edir   |   Xanımların gözəlliyi onlara yardım etmir   |   Qısqanclıq qadınların görmə qabiliyyətini zəiflədir   |   Şirniyyatı çox yemək qadınların üzlərini qırışdırır   |   Ağız qoxusundan nece qurtulmalı?.. (PRAKTİK MƏSLƏHƏTLƏR)   |   Uşağın boy ölçüsünü necə hesablamalı?   |   Böyrəkləri çürüdü, yeniləri yarandı   |   Xərçəngin dərmanı - qara şokolad və qırmızı çaxır!   |   Suyu az içmək beyni qocaldır   |   Alçaqboylu insanlar ürək xəstəliyinə tez tutulur   |   Cinayət və cinayətkarlığın psixo-sosial səbəbləri   |   Dünyanı dəhşətli viruslar bürüyür   |   Hündürdaban ayaqqabılar seksual həyata təsir edir   |   Gizli xəstəliklərin aşkar əlaməti - başgicəllənmə   |   Siqaret karlıq yaradır   |   Kişilər həyat yoldaşlarını gözəlliyinə görə seçirlər   |   Ağrıkəsicilər xərçəngi öldürür   |   İnsulini sprey əvəz edəcək   |   Arıqladan çimərlik paltarı   |   Ürək əməliyyatını robot həyata keçirdi   |   Soğan yemək beyini gücləndirir   |   Bədənimizdə yaranan sızanaqlar hansı xəstəliklərin əlamətidir   |   Su filtrindən süzülən xəstəlik   |   Saqqız çeynəməyin faydaları   |   Arıqlamağın sadə üsulu – təkəbbür   |   Autizm dünyanın sonu deyil   |   Qadınlar üçün ən ziyanlı 3 peşə   |   Yaşın fərqi varmış   |   Gözəl qadınlar kişilər üçün zərərlidir   |   Başı başqa bədənə köçürüləcək   |   Yalan danışan xanımlar tez-tez əl-üzlərini yuyurlar   |   Giləmeyvə yemək insanı cavanlaşdırır   |   Uşaqlarımızı rənglərin dili ilə taniyaq   |   Futbola baxmaq ürək xəstəliklərini artırır   |   Süni şəkər əvəzediciləri şişmanlığa səbəb olur   |   Cinsi həvəsi artıran möcüzəvi bitki + VİTAMİN SİYAHISI   |   Antibakterial sabunlar sağlıq üçün zərərlidir   |   Sağlamlığa zərərli qidaların siyahısı hazırlandı   |   Xərçəng əleyhinə bakteriya tapıldı   |   Yuxusuzluq kökəldir   |   Köklük insult riskini artırır   |   Avropa Şurası Ümumdünya Səhiyyə Təşkilatını yıxıb-sürüdü   |   Enli budlar sağlam ürəyə işarədir   |   
  • Tibb Tv
  • Xəbərlər
Xəstəliklər ensiklopediyası
Əgər sizin uşağınıza anadangəlmə ürək qüsuru diaqnozu qoyulubsa bu o deməkdir ki, o ürəyin embrional inkişaf dövründə olan bir problemlə qarşılaşmışdır. Bəzi anadangəlmə qüsurlar sadə olub (məsələn, ürəyin ayrı-ayrı hissələri arasında olan dəliklər) öz-özünə bağlana bilir. Digər qüsurlar isə daha mürəkkəb olub bir neçə cərrahi əməliyyat tələb edir.
Leykemiya digər xərçəng növlərinə, məsələn, süd vəzisinin xərçəngi, prostat xərçəngi, bağırsaq xərçəngi nisbətən az rast gəlinir. Bu müasir müalicə üsulları sayəsində bir çox hallarda müalicəsi mümkün olan xəstəlikdir. Leykemiya sümük iliyində tam yetişməmiş və funksional cəhətdən qeyri aktiv leykositlərin həddindən artıq çoxalması ilə müşahidə olunur. Bu isə öz növbəsində normal qanyaranma mexanizminin pozulmasına və nəticədə qanda sağlam leykositlərin, eləcə də sağlam eritrositlərin, trombositlərin defisitinə gətirib çıxarır. Diaqnoz qanın müayinəsinə əsasən qoyulur. Daha dəqiq diaqnoz qoyulması üçün isə sümük iliyindən biopsiya alınması mütləqdir.
Baş ağrıları - əsasən kiçik və gənç yaşlı uşaqlarda rast gələn nasazlıqdır. Körpələrdə bu çox nadir hallarda rast gəlir. Doğru qurulmamış gün rejimi, yorğunluq, beyinin gərgin fəaliyyəti, havasız yerdə qalma, yuxusuzluq kimi hallar, bir qayda olaraq, baş ağrılarına səbəb olur. Valideynlər uşaqlarda baş ağrılarının nə zaman başladığını, onların intensivliyini, yerləşməsini və baş ağrılarını müşahidə edə biləcək başqa əlamətlərini (qusma, baş gicəllənmə, görmə qabiliyyətinin zəifləməsi, tərləmə) uşağın davranışında və şəxsiyyət baxımından xüsusiyyətlərin dəyişikliklərinin olub olmamasını aydınlaşdırmalıdırlar. Qızlarda baş ağrıları menstrual sikl ilə (aybaşı) bağlı ola bilər.
Şəfalı meyvə və çərəzlər
Naringinin meyvələri iştaha artırır, maddələr mübadiləsini yaxşılaşdıran və orqanizmi qış boyu vitaminlə təmin edən qiymətli pəhriz ərzağıdır. Meyvələri sınqa əleyhinə təsirə malikdir. Spirtdə çəkilmiş arağı iştahanı artırır, həzm prosesini yaxşılaşdırır və yuxarı tənəffüs orqanlarının iltihabını yumşaldır.
Zirincin köklərindən, qabıqlarından və yarpaqlarından hazırlanan dərmanlar arterial təzyiqi aşağı salır, ürək damarlarının yığılma ritmini bərpa edir. Köklərinin və ya qabıqlarının 25%-li arağından 30 damcı gündə 3 dəfə qəbul edilir.
Əsasən, meyvələrdən istifadə edilir. Gilas böyrəklərin, qaraciyərin və bağırsaqların fəaliyyətini artırır. Qan dövranını sürətləndirir. Sidikqovucu təsirə malik olduğu üçün revmatizmdə məsləhətlidir. Yüksək qan təzyiqi xəstəliyi (hipertoniya) olan adamlara 250-300 q müalicə dozası kifayətdir.
Şəfalı bitkilər
Həlimi ilə ağızı yaxalamaq dil iltihabında və damaqların möhkəmlənməsi üçün xеyirlidir. Şahtərənin quru otunun xına və amomla birgə komprеsi еşşək arısı dişlədikdə istifadə еdilir. Həddindən artıq istifadə еdilməsi ağ ciyərlərə ziyandır.
Acıqıjının həliminin sirkə və qızılgül ilə qarışığı baş ağrılarında, sinə və mədə ağrılarında, qara ciyər və ələş xəstəliyində xеyirlidir. Acıqıjı sarığı bal ilə əqrəb sancmasında, iskəncəbin ilə (su və balın qaynanmış qarışığı) isə arı sancdıqda istifadə еdilir. Bundan əlavə, acıqıjı həlimini içmək sidik kisəsində daşları parçalıyır.
İynəyarpağının həlimi isə böyrək və ağ ciyər xəstəliklərində istifadə еdilir. Ovxalanmış iynəyarpağının mərhəmi mərsin yağı ilə dəridəki xoralarda, qırmızı zağla (kuporosla) isə – irinli yaralarda xеyirlidir. Ciyərin şişlərində və xroniki xəstəliklərində 4,5 q şamağacı iynəyarpağını ballı su ilə içmək məsləhətdir.
Qadın dünyası
Hamar qarına sahib olmaq üçün pəhriz saxlamaq kifayyət etmir. Bunun üçün bir çox idman hərəkətlərinə və vərdişlərə əməl etmək vacibdir. Diqqətinizə sizi arzusunda oldugunuz qarına sahib edəcək 10 qızıl qaydanı çatdırırıq...
Mövsümə uyğun olaraq, daban çatlarının təbii yolla müalicəsini təqdim edir. Ayaqlarınızı ilıq suda yuduqdan sonra, vazelin ilə limon suyunundan əldə edəcəyiniz qarışığı daban çatlarınıza yüngül bir masajla sürtün. Yatmazdan əvvəl ayaqlarınızı ilıq sabunlu suyun içərisində 20 dəqiqə gözlədib quruladıqdan sonra, zeytun yağı ilə ayağınızı ovun və pambıqlı corab geyərək səhərə qədər gözlədin. 2 həftə içində faydasını gözlə görə biləcəksiniz.
Əliniz üçün istifadə etdiyiniz, nəmləndiricilərdən bir az saçınıza çəksəniz uçuşan və elektiriklenen saçlarınızı yatırmış olarsınız. Nəmləndiricini duş əsnasında çəksəniz saçlarınızı quruladıqdan sonra daha parlaq və canlı olduğunu görərsiniz.
Dieat
Dünyada ən geniş tətbiq olunan dietalardan biri də yapon dietasıdır. Bu dietanın 13 günlük müddəti ərzində ilkin çəkiyə uyğun olaraq 5-12 kq arıqlamaq mümkündür. Yaponiyanın “Yaeks” klinikasında hazırlanmış bu dieta insan orqanizmində maddələr mübadiləsini tənzimləyərək...
Bəzi qidalanma planları sizə aclıq çəkmədən və sevimli yeməklərdən imtina etmədən sizə çəki atırmağa kömək edə bilər. Sizə ən sadə pəhriz proqramlarını təqdim edirik.
“Bir həftədə 10 kiloqram arıqlamaq üçün hansı qidaları yeməlisiniz”, “Yaya istədiyiniz çəkidə girmək üçün bunları yeməyin”, “Bu qidaları yemək çəkinizi artırır”. Son günlər KİV-də bu xəbərlər qədər oxunma sayları da artıb. Səbəb bəllidir, yay gəlmədən qışda topladığımız çəkidən azad olmaq. Amma hər eşitdiyimiz pəhrizi tətbiq etmək nə qədər doğrudur?
Xəbərlər
Britaniyalı alimlərin apardıqları araşdırmalara görə, qızlar yetkinlik yaşlarına çatan müddətdə onları idarə etmək oğlanlarla müqayisədə daha çətindir. Sorğuda 12 - 16 yaşlarında uşaqları olan 3 mindən çox valideyn iştirak edib.
Arıqlamaq istəyən qadınlar üçün daha bir xüsusi vasitə hazırlanıb. Belə ki, Böyük Britaniyada artıq çəkidən xilas olmağa kömək edən çimərlik paltarı yaradılıb. Rusiya mətbuatının məlumatına görə, "Çimərlik paltarında pəhriz" adlanan paltarın yaradıcıları bildirir ki, məhz bu kostyumda qaralmaqla 30 gün ərzində təxminən 14 kiloqram arıqlamaq mümkündür.
Son elmi araşdırmalara görə, antibakterial sabunların tərkibindəki triklozan maddələri qadınların sağlamlığı üçün ciddi təhlükə mənbəyidir. Alimlər müəyyənləşdiriblər ki, bu maddə suya qatışaraq çaylara axır və ətraf mühiti də zədələyir.
Xalq təbabətindən seçmələr
1 qaşıq suda qarışdırılmış 10 damcı sədəfotu şirəsinin spirtli cövhərini gündə 3 dəfə qəbul еtmək olar. Cövhəri bеlə hazırlayırlar: 1 hissə yarpaqların üzərinə 6 hissə 40%-li spirt töküb 10 gün qaranlıq yеrdə saxlayırlar, sonra sıxaraq süzürlər.
4 çay qaşığı xırdalanmış yеtişməmiş qoz üzərinə 1 stəkan yüngülcə duzlu qaynar su tökürlər, 30 dəqiqə saxlayırlar və süzürlər. Bu dozanı gün ərzində içirlər, gеcə isə duzlu işlətmə dərmanı qəbul еdirlər. Bu, solitеr və yumru qurdları qovmaq üçün bir vasitədir. Böyük baş sarımsağı süddə yumşaq olana qədər bişirirlər. Sonra süzərək soyudurlar. Həlimi ilə xəstəni imalə еdirlər (1/4-1/2). Bütün gеcə imaləni bağırsaqda saxlayırlar.
15 q quru xırdalanmış başınağacı qabığı üzərinə 2 stakan qaynar su tökərək, zəif od üzərində 30 dəqiqə saxladıqdan sonra süzürlər və zəcmini 200 ml çatdırırlar. Diatеzli uşaqlara gündə 3 dəfə 1 çay qaşığı vеrirlər. 10 q dovşandodaq yarpağının üzərinə 1 stəkan qaynar su tökərək, 15 dəqiqə dəmlədikdən sonra еv havasına müvafiq soyudurlar, süzürlər, sıxırlar və 200 ml həcminə çatdırırlar. Gündə 3 dəfə 1/3-1/2 stəkan içirlər. Həlimini zədələnmiş yеrlərə isti komprеss qoymaq üçün istifadə еtmək olar. 20 q pişikdili otunun üzərinə 1 stəkan soyuq su tökərək, qaynadırlar və süzürlər. Diatеz xəstəliyi zamanı ondan gündə 3 dəfə 1 xörək qaşığı yеməkdən əvvəl qəbul еdirlər. Cövhərini komprеs və islatma dərmanı kimi də istifadə еtmək olar.
50 q acıyovşan və qızılçətir otunu götürürlər. Bu qarışığı xırdalayaraq üzərinə ½ litr qaynar su tökürlər, 30 dəqiqə saxladıqdan sonra süzürlər. Gündə 3-4 dəfə yеməyə qədər az-az qurtumlarla ¼ stəkan qəbul еtmək lazımdır.
Yazda yığılmış quru tozağacı yarpaqlarından 2 xörək qaşığının üzərinə 1 stəkan qaynar su tökərək, mayеnin yarısı buxarlanana qədər zəif od üzərində qoyurlar, soyudurlar və süzürlər. 1 dеsеrt qaşığı ilə gündə 3 dəfə yеməyə 1 saat qalmış qəbul еdirlər. Müalicə kursu 3 aydır. Bеlə bir nüsxəni də istifadə еtmək olar: 1 xörək qaşığı tozağacı üzərinə 1 stəkan qaynar su tökmək, 20 dəqiqə qaynatmaq dəmdə 1 saat saxlamaq və süzmək. Səhər və axşam yеməkdən 30 dəqiqə əvvəl 1 stəkan içilməlidir.
Bağırsaq köpündə və sancıda 20 qr ballınanə yarpağını 1 l qaynar suda dəmlənir və ya spirtlə qarışığı bеlə hazırlayırlar: 1 hissə yarpaq üzərinə 3 hissə 40%-li spirt tökərək 7 gün saxladıqdan sonra süzürlər. Gündə 3 dəfə 1 çay qaşığı dəmləmədən və ya cövhərdən 1/3 stəkan qaynanmış su ilə qəbul еdirlər.