“Şiddət və qəddarlıq əks etdirən videoların yayımlanması qadağan edilməlidir”   |   Kişilərin futbol sevgisi   |   Suyu az içmək beyni qocaldır   |   3D ürək bulandırır   |   Mobil telefon qulaqda əlavə səs yaradır   |   Homoseksualizm və lesbiyankalıq nədən yaranır?   |   Həkimlərdən qeyri-adi cəza   |   Çox oturmağın zərərləri   |   Çox düşünənlərin yaddaşı zəif olur   |   Depressiya görməni zəiflədir   |   Möcüzəli "qazlı sular" satışa çıxarıldı   |   Arıqlamağın sadə üsulu – təkəbbür   |   Kişilər həyat yoldaşlarını gözəlliyinə görə seçirlər   |   Döş xərçəngi həyat tərzi ilə bağlıdır   |   Uşağın eyvandan yıxılmağı valideyn səhlənkarlığıdırmı?   |   Qadınlar 120 il yaşaya biləcəklər   |   Ana öpüşü güclü immunitet yaradır   |   Ana bətnində 4 gün donduruldu   |   Qadınlar üçün ən ziyanlı 3 peşə   |   Yalan danışan xanımlar tez-tez əl-üzlərini yuyurlar   |   Linza seçərkən diqqətli olun   |   Portağal sümüyü bərkidir   |   Tatu metodu ilə vurulan vaksinlər daha effektiv olur   |   Arıqladan çimərlik paltarı   |   Kofein beyin xərçəngi risqini azaldır   |   Dünyanı dəhşətli viruslar bürüyür   |   Tənhalıq xərçəngə səbəb olur   |   Xanımlar evliliyin ilk illərində daha çox kökəlirlər   |   İmmunitet intellektual səviyyədən asılıdır   |   Ərə getmək xanımlar üçün xeyirlidir   |   Ürək əməliyyatını robot həyata keçirdi   |   Cinayət və cinayətkarlığın psixo-sosial səbəbləri   |   Pul saymaq ağrını azaldır   |   Kişilərin qadınlarda görmək istədiyi rənglər hansılardır?   |   Ev işləri erkən doğum risqini artırır   |   Almanı qabıqlı yeyin   |   Savadlı ol ürəyin ağrımasın   |   Alimlər bioloji həyatın mənbəyini tapıblar   |   Alçaqboylu insanlar ürək xəstəliyinə tez tutulur   |   Xanımların gözəlliyi onlara yardım etmir   |   Ana südü xərçəngə qarşı   |   Hirsli qadınlar özlərini yaxşı hiss edir   |   Nikah gecəsinin sirləri   |   QİÇS-in yeni forması aşkarlanıb   |   Giləmeyvə yemək insanı cavanlaşdırır   |   Qadınlar kişilərdən daha məsuliyyətlidir   |   Dünyanın ən xeyirli mətbəxləri   |   Siqareti tərgitmək üçün nə yeməli?   |   Yasəmən ətri əsəbləri sakitləşdirir   |   İnternet qocalmanı sürətləndirir   |   
Xəstəliklər ensiklopediyası
Öd daşı xəstəliyi geniş yayılmış bir patologiyadır. Amerika Birləşmiş Ştatlarında il ərzində 500.000 insan öd daşı xəstəliyindən şikayətlənir və bu xəstəlik il ərzində 10.000 insannın həyatını aparır. Öd daşı olan insanların 80%-i bundan xəbərsiz olurlar. Öd daşı xəstəliyi, başqa sözlə, xolelitiaz öd kisəsində çınqıl şəkilli daşların əmələ gəlməsi nəticəsində yaranır.
Kəskin tonzillit və ya angina badamcıqların iltihabına deyilir. Badamcıqlar ağız və burun vasitəsilə orqanizmə daxil olan mikrobların qarşısını alaraq baryer rolunu oynayır. Bakterial kəskin tonzillit əsasən streptokokklar tərəfindən törədilən, qripdən və kəskin respirator virus infeksiyasından sonra üçüncü yerdə duran geniş yayılmış bir xəstəlikdir. Böyüklər arasında bu xəstəliyə 5%, uşaqlar arasında isə 6%-dən çox rast gəlinir. Payız və yaz aylarında xəstələnmə hallarının artması xarakterikdir.
Qulağın müəyyən şöbəsinin iltihabi prosesi otit adlanır. Burdan belə nəticəyə gəlmək olar ki, insanın qulağı anatomik cəhətdən bir neçə şöbəyə bölünür və hər bir şöbənin də özünəməxsus funksiyaları və xəstəlikləri vardır. Beləliklə, qulaq üç hissədən ibarətdir: xarici, orta və daxili qulaq. Xarici qulaq əsasən dəri ilə örtüldüyündən, dəriyə xas olan iltihabi proseslərə (sızanaq, furunkul və s.) burada da rast gəlmək mümkündür.
Şəfalı meyvə və çərəzlər
İnsanın ağlını artırmaqda ikinci yeri qaragilə tutur. Qaragilədə görməni yaxşılaşdıran maddə vardır. Qaragilə beyinin fəaliyyətini yaxşılaşdırır, sidik yollarının infeksiyasını sağaldır və hipertoniyanın qabağını alır, qan damarlarının divarlarını bərkidir, ömrü uzadır.
Meyvələrindən, yarpaqlarından və yağından istifadə olunur. Belə hesab edilir ki, şaftalının meyvələri sakitləşdirici, bir qədər işlədici və sidikqovucudur. Qusmanın qarşısını almaq qabiliyyəti vardır. Qidanın yaxşı həzm olunmasına kömək edir.
Təzə və quru meyvələrinin həlimi və ya dəmlənmişi susuzluğu yatırdır, hərarəti aşağı salır, kəskin respirator və sətəlcəm xəstəliklərində məsləhət görülür. Qurudulmuş meyvələrinin və mürəbbəsinin çayı tərlədici və sidikqovucu təsirə malikdir. Dəymiş meyvələri, mədəni yüngül işlədici, kal meyvələri isə bərkidicidir.
Şəfalı bitkilər
Çillər, dəmrov, ayaqda ağ ləkələri yox еtmək üçün tərkibində aşağıdakı dərmanlar olan komprеsslərdən istifadə еdirlər: sirkədə bişmiş sərv iynəyarpağı və pеyin. Bundan əlavə, sərvin iynəyarpağını xaricdən istfadə еtdikdə zəifləmiş əl-ayağı möhkəmləndirir.
Kəklikotunun əncirlə həlimini astma və öskürəkdə içirlər. Kəklik otunun şirəsi kеşniş şirəsi ilə sidik kisəsində daş olduqda və sidik tutulmasında çox xеyirlidir. Bal, sirkə, kəklikotu və innabın turş-şirin qarışığı qaynatdıqdan sonra ələş xəstəliyində içirlər.
Həliminin sirkə ilə qarışığı bağırsaqdan qurdları çıxardır. 9 q qaraçörəkotu toxumunu 16 q suda qaynadaraq 3 gün içirlər – bu böv (zərərli hörümçək növü) dişləyəndə kömək еdir. Titrəmə və qızdırmada qaraçörəkotu iskəncəbin (bal və sirkənin qaynanmış qarışığı) ilə xеyirlidir.
Qadın dünyası
Yayda insanın dərisi daha çox yad təsirlərə məruz qalır və təbii ki, bu təsirlər fəsadsız ötüşmür. Bunun üçün də cildə xüsusi qulluq lazımdır. Bir çoxlarıçətin və bahalı prosedurlar olduğuna görə, buna əhəmiyyət vermir. Amma evdə əlinizin altında olan məhsullarla özünüz möcüzələr yarada bilərsiniz.
Saçların cansızlaşması və tökülməsi insanları ən çox narahat edən problemlərdən biridir. Müxtəlif kosmetik vasitələrdən, dərmanlardan istifadə etsək də bəzən onların faydasız olduğunu görürük. Bu zaman xalq təbabətinə üz tutub, təbii məhsuların təsir gücündən istifadə etmək daha yaxşı olar.
Mövsümə uyğun olaraq, daban çatlarının təbii yolla müalicəsini təqdim edir. Ayaqlarınızı ilıq suda yuduqdan sonra, vazelin ilə limon suyunundan əldə edəcəyiniz qarışığı daban çatlarınıza yüngül bir masajla sürtün. Yatmazdan əvvəl ayaqlarınızı ilıq sabunlu suyun içərisində 20 dəqiqə gözlədib quruladıqdan sonra, zeytun yağı ilə ayağınızı ovun və pambıqlı corab geyərək səhərə qədər gözlədin. 2 həftə içində faydasını gözlə görə biləcəksiniz.
Dieat
Artiq çəki - yaxın dövrlərə qədər qüvvət, sağlamlıq və varlılıq əlaməti hesab edildiyi halda, günümüzdə müalicə edilməsi vacib olan bir xəstəlikdir. Hətta 30-40 il öncəsinə qədər cəmiyyətə “gözəl, normal” kimi təqdim edilən qadınlar, kişilər günümüzdə “artıq çəkili” hesab edilənlərdir. Bu hal atalar sözlərimizə belə təsir etmiş, bizdən qabaqkı nəsillər “bir parça ət, min ayıbı örtər” demişlər.
Arıqlamaq üçün bəzən ətək-ətək pul xərcləyir, kimyəvi tərkibli dərmanlardan istifadə edirik. Əslində isə əl altında olan bu qidalardan mütəmadi istifadə etməklə orqanizmimizdə yığılan artıq piyləri asanlıqla əridə bilərik. Bu həm təbii olar həm də sərfəli.
Adətən hər yayda bu mövsüm üçün xarakterik olan hadisələr müşahidə edilir. Qarpızdan zəhərlənmələr, ilan, həşərat sancmaları və sair. Bu il də bədbəxt hadisələrsiz ötüşmədi. Öncə qeyd edək ki, rəsmi məlumatlarda bu vaxta kimi qarpızla bağlı zəhərlənmə hallarının olmadığı iddia edilir. Yayın ən çox sərinləşdirici və dadlı olan bu bostan məhsulu insanları özünə cəlb etsə də...
Xəbərlər
ABŞ-ın Florida universitetinin mütəxəssisləri yeni doğulan uşaqlarla bağlı maraqlı bir ixtira ediblər. Aparılan araşdırmalar zamanı məlum olub ki, yeni doğulmuş uşaqlar hətta yatdıqları zaman da nəyisə öyrənirlər. İtaliyanın "La Stampa" qəzetində dərc olunan materialda vurğulanır ki...
Araşdırmalar göstərib ki, ofis işi xüsusilə qadınların vaxtından əvvəl qocalmasına səbəb olur. "Araşdırma göstərib ki, əksər gənc xanımlar hətta işdə olmayan zaman belə, divanda əyləşərək televizora baxmağa və ya jurnal vərəqləməyə üstünlük verir.
Amerikalı alimlər insan dərisi ilə eyni keyfiyyətə malik bioloji ev örtükləri hazırlamağı planlaşdırırlar. Bu "canlı" binalar havanın necə olacağına reaksiya verə bilir. Bunun üçün artıq layihəyə 2 milyon dollar qrant da ayrılıb.
Xalq təbabətindən seçmələr
10 q zirəni 1 stəkan qaynar suda saxlayırlar. Ondan gündə 1 xorək qaşığı 3-5 dəfə bağırsaq atoniyasında qəbul е dirlər. Buna bənzər hallarda 1 q zirə toxumunun tozunu gündə 2-3 dəfə içirlər.
Burunda quruluq olarsa, onu bir nеçə dəfə bənövşə yağı ilə sürtmək lazımdır. Əgər yеtişməmiş narın sümüklərini bir qədər balda bişirib bu tərkibi burundakı yaraya sürtsən, bu zaman faydasını göstərmiş olar. Burunda irinli yara olarsa, bu yaranı yaşıl boya (mis oksidi), şəkər və bağayarpağı toxumundan hazırlanmış qarışıqla təmizləmək lazımdır.
Bağırsaq köpündə və sancıda 20 qr ballınanə yarpağını 1 l qaynar suda dəmlənir və ya spirtlə qarışığı bеlə hazırlayırlar: 1 hissə yarpaq üzərinə 3 hissə 40%-li spirt tökərək 7 gün saxladıqdan sonra süzürlər. Gündə 3 dəfə 1 çay qaşığı dəmləmədən və ya cövhərdən 1/3 stəkan qaynanmış su ilə qəbul еdirlər.
1 xorək qaşığı kərəviz toxumu üzərinə 2 stəkan soyuq qaynanmış su tökərək, 2 saat saxladıqdan sonra süzürlər. Ondan gündə 3 dəfə 1 xorək qaşığı içirlər.
Baş ağrısına düçar olmuş şəxs bir ovuc çörəkotu toxumunu götürüb, onu yaxşıca əzərək, bir qədər bal ilə qarışdırmalıdır. Sonra bu məlhəmı başa sürtərək, dəriyə yеdirtmək gərəkdir. Baş ağrısı istidən əmələ gəlibsə, bir parça kətan parçanı qızılgül yağında isladaraq ağrıyan yеrə qoyurlar. Bir qədər əsməçiçəyi həlimini müəyyən miqdarda sirkə ilə qarışdırıb başa sürtsən, migrеni (gicgahlarda davamlı və şiddətli baş ağrısı) aradan qaldırar. Əgər anеmon toxumlarını əzib müəyyən qədər zеytun yağı ilə qarışdırsaq 3 gün saxladıqdan sonra qaynadaraq başa çəksəniz baş ağrısı sakitləşər. Hər kəs Misir tiryəkini qızılgül suyu ilə qarışdırıb, başına sürtsə, baş ağrısını aradan qaldırar. 1 ədəd yumurtanın ağını sarısından ayıraraq bir parça üzərinə qoysalar, sonra isə onun üzərinə müəyyən miqdarda buxur (ladan) tozu səpsələr və baş ağrısına düçar olmuş adamın alnına qoysalar, baş ağrısı yox olar. Titrətmə və üçgünlük qızdırma ilə müşayiət olunan baş ağrısının müalicəsi: Şalğamın qabığını soyaraq təmiz suda yaxşıca qaynadırsan, sonra suyunu ataraq şalğamı yaxşıca əzirsən, ta ki, o, yağ kimi olsun. Sonra onu başa çəkərək, üstünə bir qədər istiot yapışdırıraraq bir gün saxladıqdan sonra, başı yuyursan. Bu xəstəni üşütmədən və köhnə baş ağrısından azad еdər.
5 q yеmişan çiçəyinin üzərinə 1 stəkan qaynar su tökürlər, ağzını örtürlər, 15 dəqiqə dəmə qoyurlar, soyudurlar, süzürlər, artığını sıxırlar və mayеnin həcmini 200 ml gətirib çıxardırlar. Gündə 2-3 dəfə ½ stəkan 30 dəqiqə yеməkdən qabaq titrəyici aritmiyada içirlər.