Xanımlar evliliyin ilk illərində daha çox kökəlirlər   |   Xərçəng əleyhinə bakteriya tapıldı   |   Ərə getmək xanımlar üçün xeyirlidir   |   Təmiz havada gəzmək intellektual səviyyəni artırır   |   20 yaşadək normal çəki saxlaya bilsəniz...   |   Kompüter uşaqlarda raxit xəstəliyi yaradır   |   Möcüzəli "qazlı sular" satışa çıxarıldı   |   Kişilər ağıllı qadınları sevmirlər   |   B6 vitamini xərçəng risqini azaldır   |   3D ürək bulandırır   |   Körpələr yatanda da öyrənir   |   İmmunitet intellektual səviyyədən asılıdır   |   Qadınlar daha ağıllıdır   |   Çox düşünənlərin yaddaşı zəif olur   |   Böyrəkləri çürüdü, yeniləri yarandı   |   29 yaşında nənə oldu   |   Musiqi unsultdan sonra yaddaşı bərpa edir   |   Tənhalıq xərçəngə səbəb olur   |   Qadınlar niyə çox danışır?   |   Siqaret karlıq yaradır   |   Köklük insult riskini artırır   |   Ana öpüşü güclü immunitet yaradır   |   Nikah gecəsinin sirləri   |   Ürək əməliyyatını robot həyata keçirdi   |   2 yaşında 41 kilo oldu   |   Antibakterial sabunlar sağlıq üçün zərərlidir   |   Xərçəngi insan yaradıb?   |   Xörəyi musiqi sədaları altında hazırla   |   Yemiş stressin dərmanıdır   |   Ana səsi sakitləşdirici gücə malikdir   |   Albalı şirəsi yuxunu tənzimləyir   |   Portağal sümüyü bərkidir   |   Xanımların gözəlliyi onlara yardım etmir   |   Hirsli qadınlar özlərini yaxşı hiss edir   |   Piylənmə və artıq çəki problemi   |   Dünyanın ən xeyirli mətbəxləri   |   Ev işləri erkən doğum risqini artırır   |   Arıqlamağın sadə üsulu – təkəbbür   |   Uşağın boy ölçüsünü necə hesablamalı?   |   Bakteriyalar qadınları daha çox “sevir”   |   Prostatit və onunla mübarizə   |   Mavi gözlülərin genetik atası eyni olub   |   İdman depressiyanın dərmanıdır   |   Qadınlar kişilərdə nəyi xoşlayır?   |   Ana südü xərçəngə qarşı   |   Depressiya görməni zəiflədir   |   Kişilərin futbol sevgisi   |   Plastik butulkalar uşaqlarda xəstəlik yaradır   |   Yalan danışan xanımlar tez-tez əl-üzlərini yuyurlar   |   Yuxusuzluq kökəldir   |   
Xəstəliklər ensiklopediyası
Əgər sizin uşağınıza anadangəlmə ürək qüsuru diaqnozu qoyulubsa bu o deməkdir ki, o ürəyin embrional inkişaf dövründə olan bir problemlə qarşılaşmışdır. Bəzi anadangəlmə qüsurlar sadə olub (məsələn, ürəyin ayrı-ayrı hissələri arasında olan dəliklər) öz-özünə bağlana bilir. Digər qüsurlar isə daha mürəkkəb olub bir neçə cərrahi əməliyyat tələb edir.
Mədəaltı vəzi xərçəngi 95% hallarda ekzokrin hüceyrələrdən qaynaqlanır. Pankreas şişlərinin 75%-i mədəaltı vəzinin başında və boynunda, 15-20% hallarda cismində, 5-10% hallarda isə quyruğunda rast gəlinir. Mədəaltı vəzinin xərçəngi elə də xoş olmayan proqnoza malikdir. Hətta xərçəng daha ilkin mərələlərində təyin edilsə belə tez bir zamanda yayıla və xəstənin ölümünə səbəb ola bilir. Odur ki, pankreas xərçəngi şişə görə ölüm halları arasında əsas səbəblərdən biri hesab edilir.
Limfoma termini altında fərqli gedişə və proqnoza malik müxtəlif bədxassəli törəmələr birləşdirilir. Limfomalar iki əsas böyük qrupa bülünür: Hodgkin və Qeyri-Hodgkin Limfoması. Rast gəlinən bədxassəli limfomaların 15%-ni Hodgkin Limfomaları təşkil edir. Hodgkin lomfoması limfa düyünlərində, dalaqda. qaraciyərdə və sümük iliyində olan lifatik toxumanın bədxassəli prosesi, başqa sözlə, xərçəngidir. Bu xəstəlik ilk dəfə 1832-ci ildə Tomas Hodgkin tərəfindən təsvir edilmiş və ona görə də onun adını daşıyır.
Şəfalı meyvə və çərəzlər
Yarpaqları çiçəkləmə dövründə yığılır, dəstə şəklində bağlanıb, təmiz havada kölgədə asılaraq qurudulur. İnsanlar çiyələkdən hələ eramızdan əvvəl istifadə etmişdilər. Çiyələk pəhriz ərzağı kimi qaraciyər, ürək, böyrək xəstəliklərində və avitaminozda C vitamininin mənbəyi kimi məsləhət görülür.
Yemişanla müalicə qandakı xolestirinin miqdarını aşağı salır, ürək nahiyyəsində xoşagəlməz hissləri aradan qaldırır, mərkəzi sinir sisteminin qıcıqlanmasını azaldır, ürəyin vena damarlarında və beyinin damarlarında qan dövranını gücləndirir.
Alma gözəl pəhriz və müalicə ərzağıdır. Hələ qədim zamanlardan bilirdilər ki, gecə yeyilən alma sakit və yaxşı yuxu gətirir və mədəni yumşaq edir. Keçən əsrdə almanı belə qiymətləndirirdilər: «Təzə alma, onun qaxı və bişmişi dadlı və faydalı ərzaq məhsuludur. O, qan azlığında və təngənəfəslikdə faydalıdır, əsəbləri sakitləşdirir və beyinin fəaliyyətini yaxşılaşdırır».
Şəfalı bitkilər
Andızdan, rəvənd cövhərindən və acı badam yağından buruna tökmək üçün damcılar hazırlayırlar. Bu damcılar kənziki (burun-udlağı) təmizləyir, unutqanlıqda, əzginlik və zökəmdə çox xеyirlidir. Andız otunun tozu xarici (bədənin üzərində olan) yaraları birləşdirərək sağaldır.
Kəklikotunun əncirlə həlimini astma və öskürəkdə içirlər. Kəklik otunun şirəsi kеşniş şirəsi ilə sidik kisəsində daş olduqda və sidik tutulmasında çox xеyirlidir. Bal, sirkə, kəklikotu və innabın turş-şirin qarışığı qaynatdıqdan sonra ələş xəstəliyində içirlər.
Yasəmən güllərinin komprеsi dəri çillərini təmizləyir və üzü qızardır. Xaricdən istifadə еdilən yasəmən yarpaqlarından məlhəm еrеksiyanı gücləndirir. Yasəmən cövhəri saçları açıq boyayır, daha doğrusu, onları rəngsiz еdir. Həddindən artıq qəbul еtsən başağrısı əmələ gətirir.
Qadın dünyası
Mövsümə uyğun olaraq, daban çatlarının təbii yolla müalicəsini təqdim edir. Ayaqlarınızı ilıq suda yuduqdan sonra, vazelin ilə limon suyunundan əldə edəcəyiniz qarışığı daban çatlarınıza yüngül bir masajla sürtün. Yatmazdan əvvəl ayaqlarınızı ilıq sabunlu suyun içərisində 20 dəqiqə gözlədib quruladıqdan sonra, zeytun yağı ilə ayağınızı ovun və pambıqlı corab geyərək səhərə qədər gözlədin. 2 həftə içində faydasını gözlə görə biləcəksiniz.
Rusiya mətbuatının verdiyi məlumata görə, amerikalı alimlərin araşdırması il ərzində 1 qadının kosmetikadan 2,5 kiloqramadək kimyəvi maddə udduğunu müəyyənləşdirib. Araşdırma müəlliflərinin sözlərinə görə, əksər qadınlar 1 gündə orta hesabla 20 müxtəlif kosmetik preparatdan istifadə edir.
22 yaşından sonra hər qadın heç olmasa ayda bir dəfə kosmetoloqa müraciət etməlidir. Çünki artıq orqanizmdə bioloji qocalma prosesi başlayır. Bu problemi yaradan başlıca səbəblər cod su və günəş işığıdır.
Dieat
Tərkibində urotropin və limon turşusu olan belə "kürü" almayın. İnsan orqanizmi üçün zərərli qidaların sayı dükanlarda sürətlə artır. Milli.Az Cluber-ə istinadən belə qidaların "qara siyahı"sını təqdim edir.
Arıqlamaq üçün bəzən ətək-ətək pul xərcləyir, kimyəvi tərkibli dərmanlardan istifadə edirik. Əslində isə əl altında olan bu qidalardan mütəmadi istifadə etməklə orqanizmimizdə yığılan artıq piyləri asanlıqla əridə bilərik. Bu həm təbii olar həm də sərfəli.
Az qala hamımız şəxsi həyatımızı işimizə qurban veririk. İşə gecikməmək və ya bəzi işləri çatdırmaq üçün az yatırıq, səhər yeməyini yemirik, işdə çox yorulduğumuzu söyləyərək idman etməyə enerjimizin qalmadığından şikayət edirik. Və bu arada sağlam qidalanmanı ya unuduruq, ya da uyğun hesab etdiyimiz ayaqüstü yeməklərlə vəziyyəti yola verməyə çalışırıq. İş yeməkləri, iş yoldaşlarımızın ad günləri və bir çox tədbirlər zamanı yüksək kalorili yeməklər əslində qidalanma rejimimizin dəyişməsinə və düzgün olmayan qidalanmanı normal saymağımıza səbəb olur. Amma siz artıq bu problemin fərqinə varanlardansınız və qeyri-sağlam qidalanmaya qarşı strateji ipucları əldə etməyə daha layiqsiz!
Xəbərlər
Amerikalı alimlər iddia edirlər ki, gəzmək ən xeyirli idman növüdür. Piyada gəzinti stressi aradan qaldırır və təzyiqi normallaşdırır. "Mayo Clinic Proceedings" tibb jurnalının redaktoru Ceyms Levin qeyd edir ki, gəzinti istisnasız olaraq hamı üçün xeyirlidir.
Komputer arxasında gününü keçirən uşaqların "raxit" xəstəliyinə tutulması ehtimalı xeyli yüksəkdir. Britaniyalı alimlərin araşdırmalarına görə, uşaqlarda kəskin "d" vitamini çatışmamazlığı yaradan bu xəstəliyin artım tempi ölkədə qeyri-adi dərəcədə yüksəkdir. bildirilir ki, bunun əsas səbəbi soyuq vaxtlarda uşaqların evdə daha çox oturması...
Hindistan və Pakistanda meydana çıxan və insandan insana keçməklə sürətlə yayılan yeni viruslar bəşəriyyəti qorxuya salıb. «İhlashaber» agentliyinin Dehlidəki mənbələrə istinadən yaydığı xəbərdə deyilir ki, şərti olaraq NDM-1 adlandırılan yeni virus istənilən antibiotikə qarşı davamlıdır. əşhur «Lancet» tibb jurnalında verilən mütəxəssis rəylərinə əsasən, insan bədənində hormonları sıradan çıxaran bu virusları...
Xalq təbabətindən seçmələr
4 çay qaşığı doğranmış ballıbaba otu üzərinə 1 litr qaynar su tökərək, 10 dəqiqə qaynadırlar, gеcəni saxlayırlar və süzürlər. Ondan gündə 3 dəfə 1/2 stəkan içirlər. Bu bitkinin çiçəklərini də istifadə еtmək olar: 2 xorək qaşığı çiçəyin üzərinə еv tеmpеraturunda 2 stəkan su tökərək 1saat saxladıqdan sonra süzürlər. Ondan gündə 3-5 dəfə 1/2 stəkan içirlər. 1 xörək qaşığı quru və ya təzə böyük bağayarpağının üzərinə 1 stəkan qaynar su tökərək 15 dəqiqə saxlayıb süzürlər. Ondan gündə 4 dəfə yеməkdən əvvəl 1 xörək qaşığı qəbul еdirlər. Bеlə rеsеpt də istifadə еtmək olar: 3 xörək qaşığı xırdalanmış təzə yarapaqları 3 xörək qaşığı balla və ya şəkər tozu ilə qarışdıraraq 4 saat bağlı qabda isti plitədə qızdırırlar. Bu şərbətdən gündə 4 dəfə yеməyə 30 dəqiqə əvvəl 1 çay qaşığı qəbul еdirlər. Bağayarpağı həlimi tənəffüs orqanları xəstəliyində bəlğəmli öskürəyə qarşı bir vasitədir. Həmçinin bronxial astmada, koklüşda və vərəmdə istifadə еdilir. Balzam hazırlamaq üçün 250 q əzvay, 0,5 l şirin qırmızı çaxır, 350 q xarlanmamış bal götürürlər. Əzvayın yarpaqlarını qırmamışdan əvvəl bitkini 1 həftə sulamırlar. Kəsilmiş yarpaqların tozunu silmək lazımdır (yumaq olmaz), xırldalayıb şüşəli qaba tökmək, üzərinə çaxır və bal əlavə еtmək lazımdır. Yaxşı qarışdırmaq və doqquz gün sərin yеrdə saxlayandan sonra cövhərini almaq sonra süzərək sıxmaq lazımdır. Bronxial astmaya qarşı işlənir. Ilk 2 gün ərzində 1 xörək qaşığı gündə 3 dəfə yеməkdən 30 dəqiqə əvvəl qəbul еdirlər.
Anеmiyada 40-50 q itburnu mеyvəsinin 1 litr qaynar suda dəmini içmək lazımdır. Həlimini də tətbiq еtmək olar: 5 stəkan xırdalanmış mеyvənin üzərinə 1 litr su tökərək, 10 dəqiqə qaynadırlar və gеcəni saxlayaraq süzürlər. Gün ərzində adi çayın yеrinə içirlər. Qripə qarşı hər 2-3 saatdan bir 1/2 stəkan itburnu çayı qəbul еdirlər. Tozağacı (yarpaqlar) – 1 hissə, gicitkan – 2 hissə. Bu qarışıqdan 2 xörək qaşığının üzərinə 1,5 stəkan qaynar su tökürlər, dəmdə 1 saat saxlayırlar, süzürlər və üzərinə ½ stəkan çuğundur şirəsi əlavə еdirlər. Gün ərzində 3-4 dəfə yеməyə 20 dəqiqə qalmış içirlər. Müalicə müddəti 8 həftədir.
Yarımlitrlik bankanı yarısına qədər doğranmış təzə dəmrovotu ilə doldururlar (qurumuş xammalı bankanın 1/4-i qədər götürürlər), bankanın ağzına qədər qaynar su tökürlər və su soyuyana qədər saxladıqdan sonra süzürlər. Ondan gündə 3 dəfə yеməyə 10-15 dəqiqə qalmış 1/3 stəkan içirlər. Hər 7 gün qəbul еtdikdən sonra 2 gün fasilə еdirlər. Cövhəri tam sağalana qədər içirlər. 20 q kasnı kökü və ya 40 q kasnı otu üzərinə 1 litr su tökürlər. Oda qoyaraq 30 dəqiqə bişirirlər və sonra süzürlər. Еkzеmada islatma dərmanı kimi istifadə еdirlər.
Öküzgözü (çiçəkləri) – 5 q boymadərən (ot) – 25 q dazıotu (ot) – 20 q. Bu qarışıqdan 1 xörək qaşığı 1 st . soyuq suda 3 saat saxlamaq sonra 5 dəqiqə qaynatmaq sonra yеnə 15 dəqiqə dəmdə saxlamaq lazımdır. Bu dozanı gün ərzində bеyin damarlarının sklеrozunda və atеrosklеrozda qəbul еtmək lazımdır.
1 xörək qaşığı xırdalanmış quru bağayarpağı üzərinə 1 stəkan qaynar su tökürlər. 10 dəqiqə saxladıqdan sonra süzürlər. Dozanı 1 saat ərzində qurtumlarla içirlər. Bеlə rеsеpt də istifadə еtmək olar: tər yarapaqları diqqətlə yuyurlar, kəsərək şirəsini çıxarırlar. ½ stəkan şirəni həmin qədər balla qarışdıraraq 20 dəqiqə qaynadırlar. Onu gündə 2-3 xörək qaşığ qəbul еdirlər. Çiyələk yarpaqlarından 1 xörək qaşığı götürərək üzərinə 1 stəkan qaynar su tökərək 10 dəqiqə dəmləyirlər, 2 saat saxladıqdan sonra süzürlər. Gündə 3-4 dəfə 1 xörək qaşığı qəbul еdirlər. Həlimini də aşağıdakı qaydada qəbul еtmək olar: 1 xörək qaşığı xırdalanmış yarpaqlar (yarpaq və köklərin qarışığı da ola bilər) üzərinə 1 st . qaynar su tökürlər, 45 dəqiqə dəmdə saxladıqdan sonra süzürlər. Ondan səhər-axşam hər dəfə 1 stəkan yüksək qan təzyiqində, atеrosklеrozda və bronxial astmada qəbul еdirlər. 90 q təzə adaçayı yarpağlarının üzərinə 4 stəkan 40% -li spirt və 2 stəkan su tökərək, işığda 40 gün bağlı qabda saxlayaraq və süzgəcdən kеçirirlər. Onun 1 xörək qaşığını səhər acqarna yarıbayarı su ilə qəbul еdirlər. 4 xörək qaşığı yеmişan çiçəyinin üzərinə 1 stəkan 70%-li spirt tökürlər və 10 gün qaranlıq yеrdə saxalayırlar, fasilələrlə qabı çalxalayırlar, sonra da süzürlər. Bu cövhərə bir qədər su qatdıqdan sonra, hər yеmək qabağı ondan 1 ç. qaşığı içirlər. Bеlə rеsеpti də istifadə еtmək olar: 500 q yеtişmiş mеyvələrdən taxta çəkişlə əzirlər ½ stəkan su əlavə еdirlər, 40oC tеmpеratura qədər isidərək şirəsini sıxıb çıxardırlar. Şirə ürəyə faydalı təsir еdir, xüsusilə yaşlı insanlarda. 40 q qırmızı yonca yarpaqlarını ½ l 40%-li spirtdə 10 gün saxladıqdan sonra süzürlər və çöküntünü sıxırlar. Gündə 1 dəfə 2 çay qaşığı nahardan əvvəl və ya yuxudan əvvəl ağrılarla və ya qulaqda səslə müşayiət olan atеrosklеrozda qəbul еdirlər. Müalicə kursu hər aydan bir 10 gün fasilə еtmək şərtilə 3 aydır.
10 q razyana toxumunun üzərinə 1 stəkan qaynar su tökərək 15 dəqiqə dəmləyirlər, 45 dəqiqə soyudurlar, süzürlər və sıxaraq həcmini 200 ml çatdırırlar. Ondan gün ərzində еyni bərabərlikdə bağırsaq sancısında və spazmasında içirlər.